Slimfit
  1. CƏMİYYƏT

Kobud qayda pozuntusuna yol verən YPX əməkdaşına ciddi xəbərdarlıq edilib

Kobud qayda pozuntusuna yol verən YPX əməkdaşına ciddi xəbərdarlıq edilib
Sakura

Kobud qayda pozuntusuna yol verən YPX əməkdaşına ciddi xəbərdarlıq edilib

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Yol Patrul Xidməti (YPX) avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması faktı ilə bağlı xidməti yoxlama aparılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, yoxlamanın nəticələri barədə kollegial qurum olan siravi və kiçik rəis heyətinin yığıncağında geniş müzakirə aparılıb, həmin YPX əməkdaşına ciddi xəbərdarlıq edilib: “Həmin əməkdaşların intizam məsuliyyətinə cəlb olunmasında əsas məqsəd, gələcəkdə eyni qəbildən olan qəbahətlərə yol verə biləcək digər əməkdaşlara da xəbərdarlıq etmək olub”.

Qeyd edək ki, ötən ay YPX avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb. Videoda YPX avtomobilinin yolun sağ zolağı boş olduğu halda, sol zolağı ilə asta sürətlə hərəkət etdiyi müşahidə olunur.

Yol hərəkəti qaydalarını pozan YPX əməkdaşı arxadan gələn avtomobillərə sağdan ötüb keçmələri üçün əli ilə işarə də verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR