Slimfit
  1. TEXNOLOGİYA

Klaviaturda hərflərin düzülüş şəkli – Maraqlıdır

Klaviaturda hərflərin düzülüş şəkli – Maraqlıdır
Sakura

Klaviaturda hərflərin düzülüş şəkli – Maraqlıdır

Hər kəsin alışdığı klaviaturun bir çox özəlliklərindən xəbərdar deyilik. Yəqin ki, klaviatur hərflərinin quruluşu haqqında çoxumuz düşünmüşük. Niyə hərflər əlifba sırasında deyil?

TED.az olaraq bu yazıda kompüter klaviaturu haqqında bəzi məlumatları Sizə təqdim edirik:

Kompüter klaviaturu universal formada qurulub. Hərflərin düzülüş maketi qədim köklərə malikdir. O, yazı maşınlarının mexanikası ilə bağlıdır.

1867-ci ildə amerikalı ixtiraçı Xristofer Şulz tərəfindan icad edilmiş ilk kommersiya maşınında “ABCDEF” klaviaturu istifadə olunub. “ABCDEF” işə yaramırdı, çünki praktik deyildi. İndi işlətdiyimiz klaviatur "QWERTY" adlanır, diqqətlə baxsaq onun adını horizontal şəkildə yuxarıda, sol küncdə düzülmüş hərflərlə yazıldığını görə bilərik. "Qwerty"  sxemi çap maşınlarında olan çəkiclərin qarışmağını əngəlləmək üçün ən çox istifadə olunan hərfləri ayırırdı. Klaviaturun ixtiraçısı Şulz  isə hərflərin bu cür düzülüşünü başqa bir səbəblə əlaqələndirirdi. Şulz hər iki əllə daha asan və daha sürətli yazmaq üçün sağ və solda ən çox istifadə edilən hərflərə ehtiyac olunduğu düşünürdü.

“Qwerty” klaviaturu istifadə olunduğu ölkəyə görə fərqlənə bilər. Məsələn, Almaniyada Y hərfi ilə Z hərfinin yerlərini dəyişirlər, çünki orada Z hərfi, Y-dən fərqli olaraq, daha sıx istifadə olunur. Azərbaycana gəldikdə, hal-hazırda işlədilən klaviatur “QWERTY” adlanır və latın qrafikasından bir qədər  fərqlənir. Azərbaycan klaviaturunda "ət" (@) işarəsi yoxdur və hərflər istifadəçinin rahat yazmağını nəzərə alaraq sayına uyğun yerləşdirilib.

Yeni texnologiyalar “QWERTY’ klaviaturuna ehtiyac olunmadığını göstərir, çünki kompüter klaviaturunda artıq qarışa biləcək heç bir çəkic yoxdur. Sadəcə bizim dövrümüzdə “QWERTY” keçmişdən qalan miras kimi qəbul edilir və bütün dünyada qəbul edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR