Slimfit
  1. DÜNYA

Kiyevə veriləcək “uran mərmisi” nəyə qadirdir?

Kiyevə veriləcək “uran mərmisi” nəyə qadirdir?
Sakura

Kiyevə veriləcək “uran mərmisi” nəyə qadirdir?

Xəbər verdiyimiz kimi, ABŞ Kiyevə tükənmiş uran mərmisi verməyə hazırlaşır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  tükənmiş uran son dərəcədə ağır metaldır, lakin radioaktiv deyil.

Bu başlıqlı mərmilər istənilən zirehi dəlmək qabiliyyətinə malikdir. Mərmi düşmən tankına toxunan anda partlayış baş verir və uran hissəciklərindən ibarət pirofor toz (yanan toz) yaranır. Mərminin başlığı zirehi deşəndən sonra havada qalan uran hissəcikləri tanka daxil olur.

Pentaqon da Ukraynaya tədarük edilən “Abrams” tanklarını ABŞ ordusu tərəfindən müntəzəm olaraq istifadə edilən və Rusiya tanklarına qarşı çox təsirli olan tükənmiş uran mərmiləri ilə silahlanmasına çağırıb. Yüksək sürətlə atılan mərmilər uzaq məsafədən rus tankının zirehini dağıtmağa qadirdir.

Təklif Ağ Evdə müzakirə olunub, burada bəzi rəsmilər mərmilərin göndərilməsinin Vaşinqtonu sağlamlıq və ətraf mühit üçün risk yarada biləcək silahlarla təmin etdiyinə görə tənqidə məruz qoya biləcəyindən narahat olduqlarını bildirmişdilər.

Amma tükənmiş uran uranın zənginləşdirilməsi prosesinin əlavə məhsulu olsa da, nüvə reaksiyasına səbəb olmur. BMT-nin Ətraf Mühit Proqramı ötənilki hesabatında metalın kimyəvi toksikliyinin ən böyük potensial təhlükə yaratdığını və dəri qıcıqlanmasına, böyrək çatışmazlığına səbəb ola biləcəyini və xərçəng riskini artıra biləcəyini qeyd etmişdi.

“Tank döyüşünə bu müharibədə çox da rast gəlinmir. Amma bu baş versə, istərdik ki, ukraynalılar qalib gəlsin”, - “Rand” araşdırma mərkəzinin analitiki Skott Boston bildirib.

Qeyd edək ki, aprel ayında Böyük Britaniya Ukraynaya tükənmiş uranla təchiz olunan “Çellencer 2” tankları göndərsə də, bu tanklar hələ savaşa cəlb olunmayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR