Dərc edildi: Baxış sayı: 1390
Kiyevdə xarici vətəndaşlar Azərbaycan ətrafında birləşdilər
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycanı dünyada tanıtmaq məqsədilə layihə həyata keçirilib.
Trend-in məlumatına görə, layihəyə əsasən Kiyevdə xarici vətəndaşlar Azərbaycanın tanınmış şairi Səməd Vurğunun “Azərbaycan” şerini səsləndiriblər.
Videoçarxda Konqo, Çin, Ekvador, Fələstin, Ukrayna, Belarus, Moldova, İraq, Türkiyə və digər ölkələrin vətəndaşları iştirak ediblər.
Mənbə: Trend.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət