Slimfit
  1. CƏMİYYƏT

KİVDF ictimai-siyasi qəzetlər və jurnalistlər üçün müsabiqələr elan edib

KİVDF ictimai-siyasi qəzetlər və jurnalistlər üçün müsabiqələr elan edib
Sakura

KİVDF ictimai-siyasi qəzetlər və jurnalistlər üçün müsabiqələr elan edib

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:

1. 2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;

2. Fondun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi elanının müzakirəsi və təsdiqi.

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor 2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin iyunun 4-dən 27-dək "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini bildirib. Vüqar Səfərli bildirib ki, ictimai-siyasi qəzetlərin 2019-cu ilin II rübündə qüvvədə olmuş qayda əsasında - 3 kateqoriya üzrə (gündəlik, günaşırı və həftəlik) maliyyələşdirilməsi təklif edilir.

İcraçı direktor bildirib ki, I kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 20 min manat maliyyə yardımının ayrılması təklif olunur.

II kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 10 min manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır.

Vüqar Səfərli qeyd edib ki, III kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 5 min manat maliyyə vəsaitinin ayrılması təklif olunur.

Sonra məsələ ətrafında geniş müzakirələr aparılıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Rasim Həsənov və Əvəz Rüstəmov KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı irəli sürülən təklifi qənaətbəxş qiymətləndiriblər. Müsabiqə elanı səsə qoyularaq yekdilliklə qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Fondun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə elan edəcəyi ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin 2019-cu il iyunun 4-dən iyulun 12-dək 19 istiqamət üzrə keçirilməsi təklif olunur. Vüqar Səfərli müsabiqənin şərtlərinə əsasən I yerin qalibi üçün 500, II yerlər üçün 400, III yerlər üçün 300 manat mükafatın nəzərdə tutulduğunu vurğulayıb.

Müşahidə Şurasının üzvləri müzakirələr zamanı Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin elanı səsə qoyularaq yekdilliklə təsdiq edilib.

***

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır:

1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
2. Fikir,söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
4. İctimai və dövlət maraqlarının müdafiəsi
5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı
olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
8. Azərbaycanın dövlətçilik tarixinin,milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
9. Azərbaycançılıq ideyasının təbliği
10. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
11. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
12. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
13. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
14. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
15. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
16. Ekologiya və ətraf mühitin mühafizəsi
17. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
18. Elm və təhsilin inkişaf etdirilməsi
19. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müsabiqədə aşağıda qeyd olunan 3 kateqoriya üzrə tələblərə cavab verən KİV-lər iştirak edə bilərlər:

- I kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər;

- II kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər;

- III kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlər.

Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində);
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində);
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
- təsisçisi dini qurumlar və dini icmalar olanlar;
- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
- təsisçiləri dövlət orqanları olanlar.

Maliyyə yardımının şərtləri:
- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir;
- Müsabiqənin şərtlərinə cavab verən qəzetlərin KİV-lərin 3 kateqoriya üzrə maliyyələşdirilməsi nəzərdə tutulur:

I kateqoriyaya cavab verən qəzetlər üçün aylıq 20000 (iyirmi min) manat;
II kateqoriyaya cavab verən qəzetlər üçün aylıq 10000 (on min) manat;
III kateqoriyaya cavab verən qəzetlər üçün aylıq 5000 (beş min) manat.

- Hər KİV müsabiqəyə bir layihə təqdim edə bilər.

Sənədlər 2019-cu il iyunun 4-dən 27-dək, iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində, çap və elektron variantda (CD diskdə, Times New Roman12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

№ Tələb olunan sənədlər Forması
1. Layihə təklifi və fəaliyyət planı Çap formasında, 3 nüsxədə Elektron formada (Times New Roman şriftində, diskdə).
2. Ərizə forması (Layihənin istiqaməti göstərilməklə) Çap və elektron formada, diskdə.
3. KİV-in müvafiq dövlət orqanında uçota götürülməsini təsdiq edən sənəd Surəti
4. VÖEN Surəti
5. KİV-in borcunun olmadığını təsdiq edən sənəd Bankdan arayış
6. Redaksiya əməkdaşlarının sayı (elektron əmək müqaviləsi bildirişləri əsasında) layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların, məsul şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri Çap və elektron formada
7. KİV-in son 3 ayda satış və abunə yayımı haqda yayım orqanından sənəd Çap formasında (imzalanmış və möhürlənmiş)

Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə edə bilərsiniz.

Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.

***

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı:

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə fərdi jurnalist yazıları müsabiqəsini elan edir:

1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

4. İctimai və dövlət maraqlarının müdafiəsi

5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

9. Azərbaycançılıq ideyasının təbliği

10. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

11. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

12. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

13. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

14. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

15. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

16. Ekologiya və ətraf mühitin mühafizəsi

17. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

18. Elm və təhsilin inkişaf etdirilməsi

19. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətlərə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

QEYD: İnformasiya agentlikləri və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında çalışan jurnalistlər müsabiqəyə təqdim edəcəkləri yazıları həmin internet media resurslarında yerləşdirməlidirlər.

5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan (1 il müddətində);

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV-lər (6 ay müddətində).

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.

Yazıların qəbul qaydaları

1. Yazının dərc olunduğu mətbuat (qəzetdə çalışanlar üçün) orqanı (qəzet, jurnal) - 1 nüsxə

2. Yazının elektron variantı (Arial (12) şriftində -CD diskdə) - 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə

4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).

Tələb olunan sənədlər

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi;

2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə);

3. Şəxsiyyət vəsiqəsinin surəti;

4. Şəxsi VÖEN və surəti;

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır

Yazıların qəbulu 4 iyun 2019-cu il tarixdə başlayır, 12 iyul 2019-cu il tarixdə başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

QEYD: Regionlarda fəaliyyət göstərən jurnalistlər müsabiqəyə yazıları özləri və ya səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir

I yer üçün bir nəfər (500 AZN)

II yer üçün iki nəfər (400 AZN)

III yer üçün üç nəfər (300 AZN)

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplamış yazı müəllifləri mükafatçılar siyahısına düşmür.

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazının istiqaməti

Yazının adı

Müəllifin adı, soyadı, atasının adı

İşlədiyi KİV

Vəzifəsi

Yazının dərc olunduğu mətbuat orqanı

Ünvan

- iş telefonu

- ev telefonu

- mobil telefonu

- elektron poçt ünvanı

Şəxsin imzası _______________ Baş redaktorun imzası _______________

M.Y.

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2019-cu il

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 45, (012) 537 19 41; Elektron ünvan: kivdf.info@gmail.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR