Dərc edildi: Baxış sayı: 226
KİV: Zalujnı Zelenskiyə itaətsizlik göstərib
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ukrayna Prezidenti Volodimir Zelenskidən "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin partladılmasını ləğv etməyi tələb edib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat verib.
Mənbə iddia edir ki, öz növbəsində Ukrayna lideri əməliyyatın ləğvinə razılıq verib və müvafiq əmri Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnıya göndərib. Lakin general Zalujnı Ukrayna prezidentinin əmrinə məhəl qoymayıb.
Xatırladaq ki, bu ilin fevralın 8-i Ukrayna prezidenti V.Zalujnını istefaya göndərib. V.Zelenski onun postuna Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırskini təyin edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət