KİV: Vyanada cinayətkarlar restoranda insanları girov götürüblər
Vyananın mərkəzindəki silahlı insidentlə paralel olaraq cinayətkarlar şəhərin digər rayonlarının birində restoranda qonaqları girov götürüblər.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın “OE24” telekanalı məlumat yayıb. Bununla belə, bu məlumat hələ ki təsdiqlənməyib.
Bildirilir ki, söhbət şəhərin yeddinci rayonundakı Mariahilferştrasse küçəsindəki “Akakiko” adlı yapon restoranından gedir. Ancaq restoranın əməkdaşları “RİA Novosti”yə bu məlumatı təkzib ediblər. Qeyd edilib ki, silahlı polislər bir qədər əvvəl restorana gəlsələr də, hazırda orada heç kim yoxdur.
Bu arada, Avstriyanın Daxili İşlər naziri belə bir qənaətə gəlib ki, Vyanada terror aktı törədilib. O bildirib ki, Vyanadakı hücum bu dəqiqələrdə də davam edir.
Avstriya DİN şəhər sakinlərini evdə qalmağa, küçəyə çıxmamağa çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət