Slimfit
  1. İDMAN

KİV: Ronaldu “Yuventus”dan ayrılmaq istəyir

KİV: Ronaldu “Yuventus”dan ayrılmaq istəyir
Sakura

KİV: Ronaldu “Yuventus”dan ayrılmaq istəyir

Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubunu tərk edə bilər.

Report”un “La Repubblica”ya istinadən verdiyi məlumata görə, 34 yaşlı hücumçu Turin təmsilçisinin Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırmasından çox məyus olub.

Bildirilir ki, portuqaliyalı forvard 2020-ci ilin yayında “Yuventus”dan ayrılmaq istəyir.

Qeyd edək ki, Ronaldu ötən yay 112 milyon avro qarşılığında İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a keçib və 2022-ci ilin iyulundək müqavilə bağlayıb. Turin təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Hollandiya “Ayaks”ına uduzaraq mübarizəni dayandırıb (1:1, 1:2).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR