Dərc edildi: Baxış sayı: 538
KİV: Malidə prezident və baş nazir qiyamçılar tərəfindən saxlanılıb
Malidə hərbi qiyamçılar paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keytanı və Baş nazir Bubu Sisseni həbs ediblər.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə “France Presse” agentliyi üsyançıların liderlərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, prezident və baş nazir evlərində həbs olunublar. Hazırda onları zirehli avtomobillə qiyamın baş qaldırdığı Kati hərbi bazasına aparırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət