Slimfit
  1. DÜNYA

KİV: Makronun bəyanatları NATO-dakı müttəfiqləri çətin vəziyyətə salıb

KİV: Makronun bəyanatları NATO-dakı müttəfiqləri çətin vəziyyətə salıb
Sakura

KİV: Makronun bəyanatları NATO-dakı müttəfiqləri çətin vəziyyətə salıb

Ukraynaya NATO əsgərlərinin göndərilməsinin mümkünlüyünü etiraf edən Fransa prezidenti Emmanuel Makronun bəyanatı alyans üzvlərini çətin vəziyyətə salıb və aralarındakı strateji ziddiyyətləri üzə çıxarıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Britaniyanın “Financial Times” qəzetinin məqaləsində deyilir.

Qeyd olunub ki, Fransa prezidenti Emmanuel Makronun NATO üzvlərinin Ukraynaya Rusiya qüvvələri ilə mübarizədə kömək etmək üçün daha çox şey etməyə hazır olması ilə bağlı əsas mesajı yaxşı əsaslandırılıb.

“Biz hərbi personalın yox, daha çox silah göndərilməsindən danışmalıyıq. Onun Ukraynadakı hərbçilərlə bağlı açıq bəyanatları müttəfiqləri çətin vəziyyətə salıb və Kiyevə hərbi yardımla bağlı Almaniya ilə mövcud strateji fikir ayrılıqlarını məhz vahid cəbhənin lazım olduğu vaxt üzə çıxarıb”.

Məqalədə vurğulanır ki, bir çox NATO üzvləri tamamilə haqlı olaraq öz hərbi qüvvələrini Ukraynaya göndərməklə Rusiya ilə birbaşa qarşıdurma yolunu tutacaqlarından ehtiyat edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR