Dərc edildi: Baxış sayı: 518
KİV: Makron Bakıda Qarabağı müzakirə edəcək
Fransa prezidenti Emmanuel Makron növbəti həftə Azərbaycana gələcək.
Oxu.Az xəbər verir ki, bununla bağlı Fransanın “La Tribune” nəşri məlumat yayıb.
O, Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə hazırlaşır.
Bundan başqa, səfər çərçivəsində Fransanın “Naval Group” sənaye qrupu ilə Azərbaycan hökuməti arasında ölkədə dəniz patrul gəmilərinin hazırlanması haqqında müqavilənin imzalanması gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət