Dərc edildi: Baxış sayı: 407
KİV: İraqın yeni baş naziri Adil Əbdül-Məhdi olacaq
FaktXeber.com-un Əl-Məyadin telekanalına istinadən verdiyi məlumata görə, İraqın keçmiş neft naziri olmuş Adil Əbdül-Məhdinin baş nazir kürsüsündə yer alması demək olar ki, qətiləşib.
Müxtəlif siyasi cərəyanlar, o cümlədən Müqtəda Sədrin başçılığı etdiyi "Sairun" franksiyası, habelə Hadi Əl-Amrinin rəhbərlik etdiyi "Əl-Fəth" fraksiyası Adil Əbdül-Məhdinin baş nazir postuna gətirilməsinə müsbət yanaşıblar.
1942-ci il təvəllüdlü Adil Əbdül-Məhdi 2005-ci ildə İraq baş naziri vəzifəsinə namizədliyi irəli sürülsə də, cəmi bir səs fərqi ilə Nuri Əl-Malikiyə məğlub olmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət