Slimfit
  1. DÜNYA

KİV: Ərdoğan və Putin avqustun sonu-sentyabrın əvvəlində görüşəcək

KİV: Ərdoğan və Putin avqustun sonu-sentyabrın əvvəlində görüşəcək
Sakura

KİV: Ərdoğan və Putin avqustun sonu-sentyabrın əvvəlində görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin avqustun sonu və ya sentyabrın əvvəlində görüşəcək.

Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "A Haber” telekanalının Türkiyə Prezident Administrasiyasındalı müxbiri məlumat verib.

Telekanalın müxbirinin sözlərinə görə, Ərdoğan hələ də Türkiyədə Rusiya prezidentini gözləyir. Lakin Putin Rusiyanı tərk etməkdən imtina edərsə, Türkiyə prezidentinin Rusiyaya səfəri istisna edilmir.

Türkiyə hakimiyyəti avqustun sonu və ya sentyabrın əvvəlində görüş keçirməyi planlaşdırır. Görüşün dəqiq tarixi məlum deyil. "A Haber”in məlumatına görə, söhbətin əsas mövzusu taxıl sövdələşməsi olacaq. Rusiya iyulun 18-də sazişdən çıxıb.

Prezidentlər avqustun 2-də telefon danışığı zamanı görüşmək barədə razılığa gəliblər. Daha sonra Ərdoğan bildirib ki, Putin Türkiyəyə gələ bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün yeri və tarixinin diplomatik kanallarla razılaşdırılacağını, görüş yerinin isə mütləq Türkiyə olmayacağını bildirib.

Avqustun 20-də Ərdoğan Macarıstana, 9-10 sentyabrda G20 sammitində iştirak etmək üçün Hindistana, 17-21 sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR