Slimfit
  1. DÜNYA

KİV: Boris Conson gələn il növbədənkənar seçkilər keçirməyi düşünür

KİV: Boris Conson gələn il növbədənkənar seçkilər keçirməyi düşünür
Sakura

KİV: Boris Conson gələn il növbədənkənar seçkilər keçirməyi düşünür

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson 2020-ci ildə növbədənkənar seçkilər keçirib “Brexit” üzündən çətinliklərlə üzləşən Leyboristlər Partiyasının lideri Ceremi Korbinlə bəhsləşmək niyyətindədir.

Report” “The Times”ə istinadən xəbər verir ki, hazırda baş nazir kürsüsü uğrunda partiya daxilindəki mübarizəyə qoşulmuş B.Conson müxalifətin məhz hazırkı başçısı C.Korbinlə “döyüşmək” arzusundadır.

“Nə qədər ki, başçıları Korbindir, bu məsələyə son qoymaq istəyirəm. Leyboristlər arasında parçalanma var, “Brexit” onları məhv edir. Odur ki, ümumi seçkilərdə mübarizə aparacaq halları yoxdur”, - B.Consonun komandasının bir üzvü bildirib.

Sabiq xarici işlər nazirinin yaxın ətrafı “Brexit”lə bağlı partiyadaxili ziddiyyətlər və antisemitizm ittihamları nəticəsində C.Korbini Leyboristlər Partiyası rəhbərliyindən kənarlaşdıra biləcəyindən narahatdır.

Böyük Britaniyada növbəti seçkilər 2022-ci ildə keçirilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR