Slimfit
  1. DÜNYA

KİV: “Beynəlxalq hava yolları İranın İsrailə hücumundan sonra xaos vəziyyətindədir”

KİV: “Beynəlxalq hava yolları İranın İsrailə hücumundan sonra xaos vəziyyətindədir”
Sakura

KİV: “Beynəlxalq hava yolları İranın İsrailə hücumundan sonra xaos vəziyyətindədir”

İranın İsrailə endirdiyi zərbələrdən sonra beynəlxalq aviaşirkətlər bazar ertəsi uçuşlarda fasilələrlə üzləşib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, İranın İsrailə 300-dən çox raket və pilotsuz təyyarə ilə hücumu, əksəriyyəti ABŞ-nin dəstəklədiyi İsrail hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, bu da aviasiya sənayesində xaosa səbəb olub.

“Qantas”, “Lufthansa”, “United Airlines” və “Air India” da daxil olmaqla, ondan çox aviaşirkət son iki gündə uçuşları ləğv etməli və ya marşrutu dəyişməli olub.

Uçuşların idarə edilməsi üzrə konsaltinq firması OPSGROUP-un təsisçisi Mark Zinin sözlərinə görə, bu, 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinə edilən hücumlardan sonra hava nəqliyyatında yaranan ən böyük narahatlıq idi.

“O vaxtdan bəri bir çox fərqli hava məkanının bu qədər sürətlə bağlandığı və xaos yaratdığı vəziyyətlə üzləşməmişik”, - deyən ekspert uçuşlarda problemin bir neçə gün daha davam edəcəyini bildirib.

Bu, əvvəllər İsrail və HƏMAS arasında münaqişələr, eləcə də Ukraynadakı müharibə səbəbindən bir çox məhdudiyyətlərlə üzləşmiş aviasiya sənayesinə yeni zərbədir.

“İran səmasından hava yolları şirkətləri Avropa və Asiya arasında uçuşlar üçün istifadə edir və marşrutlar indi iki alternativ yolla məhdudlaşa bilər - ya Türkiyə, ya da Misir və Səudiyyə Ərəbistanı”, - deyə Zi bildirib.

Mənbə: BBC

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR