Slimfit
  1. İDMAN

KİV: Bakıdakı “Formula-2” yarışının vaxtı açıqlandı

KİV: Bakıdakı “Formula-2” yarışının vaxtı açıqlandı
Sakura

KİV: Bakıdakı “Formula-2” yarışının vaxtı açıqlandı

Koronavirus pandemiyası səbəbindən startı gecikən “Formula-1” yarışlarının 2020-ci il mövsümü üçün təqvimi dərc edilib.

Ens.az xəbər verir ki, Oxu.Az-a istinadən xəbər verir ki, 12 mərhələdən ibarət “Formula-1” yarışlarına iyul ayında Avstriya mərhələsi ilə start veriləcək.

Azərbaycan və Rusiya Qran-Prilərinin hələlik keçiriləcəyi vaxt bəlli deyil. Amma “Formula-2” yarışının 19-20 sentyabr tarixlərində Bakıda keçiriləcəyi ehtimal olunur.

Yarışlarda azarkeşlərin iştirakı isə sual altındadır.

2020-ci il üçün hazırlanmış təqvimi diqqətinizə çatdırırıq:

4-5 iyul - Red Bull Rinq (Avstriya)

11-12 iyul - Red Bull Rinq (Avstriya)

25-26 iyul - Silverstoun (Böyük Britaniya)

1-2 avqust - Silverstoun (Böyük Britaniya)

8-9 avqust - Hokenheym (Almaniya) və ya Barselona (İspaniya)

22-23 avqust - Hunqarorinq (Macarıstan)

29-30 avqust - Spa (Belçika)

5-6 sentyabr - Montsa (İtaliya)

19-20 sentyabr - Bakı (yalnız “Formula-2”)

26-27 sentyabr - Soçi (yalnız “Formula-2”)

5-6 dekabr - Bəhreyn

12-13 dekabr - Yas Marina (BƏƏ)

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri də öz mənbələrinə istinadən təqvim dərc etmişdi. Azərbaycan Qran Prisinin həmin təqvimdə daha tez – 5-6 sentyabr tarixlərində keçiriləcəyi bildirilirdi.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR