“Chanel” moda evinin dizayneri Lagerfeldin kitabxanasında 300 min kitab var
Məşhurlar bir qayda olaraq sərvətlərini son model avtomobillərə, dəbdəbəli paltarlara, adalarda bahalı villalara, qəsrlərə xərcləyir.
Təəssüf ki, sahib olduqları sərvəti kitablara xərcləyən, biliklərini inkişaf etdirən məşhurlar çox azdır.
Oxu.Az xəbər verir ki, onlardan biri də əfsanəvi dizayner Karl Legerfelddir. Məsələn, “Chanel” moda evinin dizayneri Lagerfeldin kitabxanasında 300 min kitab var.
Nəhəng kitabxanası olan dizayner etiraf edir ki, hər gün 2-3 saatını kitab oxumağa sərf edir.
“Hər gün 2-3 saat kitab oxuyuram. Bilirsiniz, bu, nəyə gətirib çıxardı? Nə qədər qəribə səslənsə də, müasir ədəbiyyata nifrət etməyimə səbəb oldu. Günter Qrassaya baxın. Onun erkən dövrlərdə yazdığı işləri də sarsıdır. Bu gün isə onları oxumaq mümkün deyil! Ümumiyyətlə, müasir yaradıcı insanlar, o cümlədən filosof və yazıçılar əvvəlkilər kimi güclü deyil. Onlar incəlikləri görmürlər. Mənim üçün bu, qəbuledilməzdir”, - deyə dizayner bildirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət