Slimfit
  1. ƏDƏBİYYAT

Kitabları sitatlara bölünən Top 15 yazıçı

Kitabları sitatlara bölünən Top 15 yazıçı
Sakura

Kitabları sitatlara bölünən Top 15 yazıçı

Rusların ən çox sitat gətridyi müəlliflər arasında  azərbaycanlı yazıçı da var

Ens.az saytı ildirir ki,  Wday.ru  saytı  «ЛитРес»  elektron və audiokitab servisi ilə birgə rusların daha çox hansı müəlliflər və əsərlərdən sitat gətirdiklərini aydınlaşdırıb.

«ЛитРес»  xidmətinə görə,  ən çox istinad edilən müəllif Erix Mariya Remark olub:  Onun 1945-ci ildə ABŞ-da dərc edilmiş və faşizmə qarşı mübarizəyə, siyasi hərəkatlar və insanların taleyinə həsr olunmuş “Zəfər tağı” romanından istifadəçilər 3 mindən çox ictimai əhəmiyyət kəsb edən sitat seçiblər.

“Xeyr, dərhal dedi O. – Bu əsla yox. Dost qalmaq? Soyumuş lavanın arasında sönmüş hisslərlə balaca bağ salmaq? Yox, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, o da çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur.

... Və nə olursa olsun, heç nəyi ürəyinizə salmayın.. Az şey uzun müddət vacibdir.

İkinci yerdə Stiven Kinq və onun Kennedinin qətlinin qarşısını almağa çalışan bir İngilis dili müəllimi haqqında elmi fantastik roman gəlir. 11/22/63.

Ən populyar bu sitat olub:

Köhnə bir deyim var: açar quyusuna baxma - məyus olmağınız üçün heç bir səbəb olmayacaq. Bəşər tarixinin ən böyük açar quyusu İnternetdir.

Üçüncü yerdə "Yad" dedektiv fantaziyası ilə Maks Frey qərarlaşıb. Ən çox bəyənilən (layk yığan) sitatları:

Bir insan sadəcə çəkə biləcəyindən daha uzun müddət əziyyət çəkə bilməz: imkanlarımız tükəndikdən sonra könüllü və ya ixtiyarsız olaraq digər işlərə keçəcəyik və bu,  ən böyük nemətdir.

Evə gedək, ser Maks. Tıxacağıq, kədərlənəcəyik və düşünəcəyik.

Daha sonra:

Rey Bredberi  və onun "Frangeyt üzrə 451 dərəcə" kitabından  bir sitat gəlir:

İnsan bizim zamanda — kağız salfet kimidir: ona burnunu silirlər, əzirlər, atırlar, yenisini götürürlər, burnunu silirlər, əzirlər, atırlar… ...

Terri Pratçett "Mor, Ölümün şagirdi" bu  sitatla:

- İçinizdə bir istilik olanda, hər şeydən razı və hər şeyin olduğu kimi qalmasını istədiyiniz vaxt olur. Bu necə adlanır?

"Güman edirəm ki, xoşbəxtlik adlanır."

Azərbaycanlı yazıçı Elçin Səfərlinin “Əgər sən biləydin …” kitabından bu sitat:

Olur ki, özün özünü anlaya bilmirsən, amma bir kitabla rastlaşırsan — və o hər şeyi öz yerinə qoyur, ruhundakı plombları qoparır.

Fyodor Dostoyevski  "İdiot" kitabından bu sitat:

Yanımızdan ötün və bizə  xoşbəxtliyimizi bağışlayın!

Oskar Uayldın  “Dorian Qreyin portreti” kitabından bu sitat:

Kimisə çox sevdiyim zaman heç kimi onun adı ilə adlandırmıram. Bu, bir növ sizə əziz olan  adamdan bir hissəciyi  başqalarına vermək kimidir.

Lev Tolstoyun "Anna Karenina" kitabından bu sitat:

Ayıb və rüsvayçılıq! Bircə şeydən qorxursan – Ruslarla xaricdə görüşməkdən.

Çak Palanikin "Döyüş klubu" kitabından bu sitat:

Nəsillər onlara lazım olmayan şeyləri almaq üçün nifrət etdikləri işlərdə çalışırlar.

Viktor Pelevinin "Mafusailin çırağı və ya masonlarla çekistlərin ekstremal döyüşü" kitabı bir sitatla:

Rusiyanın həmişə böyük keçmişi və daha da böyük bir gələcəyi var. Ancaq indisi daha mürəkkəbdir.

Viktor Mari Hüqonun "Səfillər" kitabından bu sitat:

Heç kim başqalarının hərəkətlərini, həmin hərəkətlərin ən az aidiyyəti olan adam qədər qısqanclıqla izləmir.

Nil Qeymanın "Amerika Tanrıları" kitabından bu sitat:

Nəinki xoşbəxt sonlar mövcud deyil, ümumiyyətlə sonlar mövcud deyil

Agata Kristimim  "On zənci balası" kitabından bu hissə:

(Rus dilində rifmlə -red.)

On zənci balası nahar eləməyə yola düşdü

Biri çeçədi, boğuldu, doqquz nəfər qaldı.

Doqquz zənci balası, yeyib, burunlarıyla dimdikləyirdilər

Biri oyana bilmədi, səkkizi qaldı.

Səkkiz zənci balası sonra Devona getdi

Biri geri dönmədi, yeddilikdə qaldılar.

Yeddi zənci balası birlikdə odun doğradı

Biri özünü doğradı - altısı qaldı.

Altı zənci balası arıxanaya gəzməyə getdi,

Birini eşşəkarısı sancdı, beşi qaldı.

Beş zənci balası hakimlik etdi

Birini məhkum etdilər, dörd nəfər qaldı.

Dörd zənci balası dənizdə üzməyə getdi

Biri tora düşdü, üçü qaldı.

Üç zənci balası heyvanxanaya düşdü

Birini ayı tutdu, ikilikdə qaldılar.

İki zənci balası gündöyəndə yatdılar.

Biri yandı - digəri isə budur tək, acınacaqlı, kimsəsizdir.

Son zənci balası yorğun görünürdü,

O özünü asdı, heç kim qalmadı!

Com Qrinin "Günahkar ulduzlardır" kitabından bu sitat:

Sevgi, nə olursa olsun vədini tutmaqdır

Qeyd edək ki, ən çox istinad edilən janrlar xarici klassiklər, müasir xarici ədəbiyyat, XIX-XX əsrlər ədəbiyyatı, eləcə də rus klassikləri olub.

Mənbə: www.wday.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR