Dərc edildi: Baxış sayı: 6217
Kişvəri - Həbibiyə
Nə mən nalənə həmdəmdir Həbibi,
Nə mən bimara müşfiq bir təbibi.
Nə mən məhcura vəslindən nəsibi
Həbibi, va Həbibi, va Həbibi.
Əgər görsən, səba, ol bivəfanı,
O şol biganeyi-naşinanı,
Degil: unutmagil mən binəvanı
Həbibi, va Həbibi, va Həbibi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət