Slimfit
  1. PSİXOLOGİYA

Kişinin görünüşü onun sədaqətini müəyyənləşdirir

Kişinin görünüşü onun sədaqətini müəyyənləşdirir
Sakura

Kişinin görünüşü onun sədaqətini müəyyənləşdirir

Alimlər sübut edib ki, qadınlar bir kişi ilə birgə olmamışdan qabaq onun üzünün formasına fikir verməlidir. Belə ki, təkcə kişinin görünüşü onun etibarsız olub-olmadığını müəyyənləşdirə bilər.

Day.Az musavat.com-a istinadən bildirir ki, Avstraliyanın Araşdırma Mərkəzinin bir qrup alimi 34 kişi və 34 qadından ibarət qrupa onların tanımadığı insanların rəngli fotoşəkillərini göstəriblər. Daha sonra tədqiqatçılar əldə olunan nəticələri tədqiqatın personajlarının şəxsi həyatları ilə müqayisə ediblər və belə nəticəyə gəliblər ki, qadınlar həmin şəxslərdən kimin sadiq, kimin etibarsız olduğunu daha dəqiq müəyyən edə bilirlər. Bu zaman onlar öz fikirlərini hər bir kişinin nə dərəcədə cəsarətli görünməsi ilə əsaslandırıblar. Onlar bu keyfiyyətin həddindən çox olduğu şəxsləri eşq macəralarına daha meyilli insan kimi qiymətləndiriblər.

Öz növbəsində, kişilər bu zaman qadının cazibədarlığını əsas götürərək nisbətən daha gözəl olanların vəfasız olduğu qənaətinə gəliblər. Alimlərin sözlərinə görə, nəticədə bu zaman kişilərin müqayisə reytinqi reallığa daha az uyğun gəlib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR