Slimfit
  1. MARAQLI

Kişilərlə qadınların qərar vermədə fərqi-Yeni araşdırma

Kişilərlə qadınların qərar vermədə fərqi-Yeni araşdırma
Sakura

Kişilərlə qadınların qərar vermədə fərqi-Yeni araşdırma

Bir araşdırmaya görə psixiatr Dr. Onur Okan qadınların boşluqlar və fövqəltəbii hadisələr haqqında inanclarının kişilərdən daha yüksək olduğunu bildirib.

Ens.az Sonxeber.az-a istinadən xəbər verir ki, Onur Okan Demirci "Araşdırmalara görə, kişilərin daha çox risk alaraq nəticə əldə etməyə çalışdıqları amma qadınların isə qərar verərkən daha intuitiv olduqları məlum olub" deyib.

Araşdırmada İstanbul Gelişim Universitetində işləyən psixiatr, sehirli düşüncə vasitəsilə (düşüncə və ya hərəkət ilə cisimlərə təsir etmə, düşüncə gücü ilə yağışın yağacağına inanmaq, xəyallarda görünənlərin reallaşmasının) müəyyən edildiyini bildirib.

 

Onur Okan Demirci "Qərar qəbul edərkən kişilərin daha çox risk amma qadınların isə intuisiyadan istifadə edərək nəticə əldə etməyə çalışdıqları görünüb. İntuisiyasının güclü olduğunu söyləyən insanlar daha çox xəyali bir dünyaya daxil olur və sehrli düşüncələrə daha çox inanırlar. Bu səbəblə güclü intuisiya hissi olan insanlar daha çox reallıqla əlaqəni kəsir və idraki düşüncəsindən (məntiqi şüurlu düşüncədən) uzaqlaşırlar".

Qadınların sehirli düşüncələrinin kişilərdən çox olduğunu söyləyən psixiatr "Sosial təzyiq altında hiss etmək, cinsiyyət rolundakı məhdudiyyətlər, qadınların travmatik həyat hadisələrinə daha çox məruz qalması, kişilərə nisbətən istəkləri reallaşdırmaqda daha çox çətinlik çəkmək, qadınlarda ani stres səviyyələrini artıraraq bundan qaçmağın bir yolu kimi xəyallarına daha çox meyl göstərmələrinə səbəb ola bilir.

Qadınlar, stress səviyyələri artdıqca, reallıqlardan ayrılmağa meyilli olur bu da ciddi bir həyat və psixoloji problemə gətirib çıxarır".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR