Kişilərin rəyi: dəyərləndirdiyimiz 8 qadın xüsusiyyəti
İstənilən kişi gözəl qadına diqqət yetirir. Lakin ancaq fiziki cazibə yaxınlıq üçün kifayət deyil. Kişilər belə hesab edir. Bloqer Frenklin Medison kişilər üçün emosional əlaqənin dəyəri və qadınların kişiləri əslində nə ilə cəlb etdiyi barədə məqalə yazıb.
Qarşılıqlı simpatiya dərhal hiss olunur. Bu baxışlarda, başın dönməsind, əllərin hərəkətlərində olan qeyri-adilikdir. Lakin həyatımızı bağlayacağımız “öz” insanımızı biz qadının emosional cazibədarlığı ilə müəyyən edirik.
Emosional əlaqə dərin münasibətlərin sübutudur, o hisslər yenilənməyəndə birlikdə olmaq istəyini dəstəkləyir. Məni xoşbəxt etməyən görüş, ayrılıq və münasibətlər qadının emosional xüsusiyyətini müəyyən etməyə kömək edir.
O səbrlidir
Biz düşünürük ki, emosionallıq kişilik ilə uyğun gəlmir və təmkinlik maskası gəzdiririk. Lakin nə vaxtsa kişi qadınla görüşür, qadın onda ətrafdakılardan gizlətdiyi küsəyənlik və şübhəni hiss edir. Yenə də onu mərd hesab edir.
O ürəyini açmaq şansı qazanır. Qadın başa düşür: bu asan deyil, ona vaxt lazımdır, hətta o qadını sevsə belə. Buna görə də qadın onu tələsdirmir, onunla münasibətin kişi üçün dəyərli olub-olmaması barədə olan suallarla bezdirmir. Qadının səbri və onun daxilini görmək bacarığı kişiyə rahat olmaq və özü kimi olmağa imkan verir.
Özünə əmindir
O Sizi xarici görünüşünüzün qüsurlu olması fikrinə baxmayaraq seçib. Hətta Siz bir az kökəlsəniz belə, bu hətta onun xoşuna gələ bilər. Kişini cəlb edən əsas xüsusiyyət Sizin özünüzə olan inamınızdır. Sizin edə biləcəyiniz ən pis şey onun yanında əlavə çəkini müzakirə etmək və pis görünməyiniz barədə şikayətlənməkdir.
Siz onun qəlbində xüsusi yer tutursunuz. Siz öz qərarınızla ondan ayrılmaq istəsəniz bu onu kədərləndirəcək. Bununla Siz özünü və bədənini sevən qadın obrazını məhv edirsiniz və Sizinlə qürur duymaq zövqündən məhrum edirsiniz.
Həyata pozitiv baxır
Kişi öz planlarını sizinlə bölüşürsə, onun üçün sizin maraqlı olmağınız və dəstəyini görmək vacibdir. Əgər Siz mümkün riskləri göstərirsinizsə və planların reallığına şübhə edirsinizsə, onda onun qanadlarını qırırsınız. Onu mürəkkəb məqsəd qoymaq istəyini həvəsləndirin. Əgər sizin şübhəniz varsa, söhbətə sonra yenidən qayıdın. Ola bilsin bu müddət ərzində o ideyasını daha dərindən fikirləşəcək və sizin iradlarınızla razılaşacaq.
Keçmişə qayıtmır
Partnyorunuzun sizi hər zaman dinləməyə hazır olmasını bilmək vacibdir. Lakin keçmişə dəfələrlə qayıtmaq münasibətləri sağalmayan yaraya çevirmək riski yaradır. Bizi keçmişdən dərs götürən və irəliyə addımlamağı bacaran qadınlar cəlb edir.
Əsas odur ki, bizi keçmişdəki təfərrüatları barədə bəhs etmirlər. Bu münasibətlərə xələl gətirir. Bizim qadının səmimilik və şəxsi məkanı arasında olan məkanı anlayan qadınlardan xoşumuz gəlir.
Sirləri qoruyur
əgər kişi sirrini sizinlə paylaşırsa o əmin olmaq istəyir: bu həmişə sizin aranızda qalacaq, siz bunu rəfiqənizə və ya ananıza deməyəcəksiniz. Siz bu informasiyadan mübahisə zamanı istifadə edəndə (hətta heç kim eşitməsə belə) onun etibarını itirirsiniz. Bu siqnal onun üçün etibarından istifadə etmək deməkdir.
Dinləməyi bacarır
Çoxları üçün onu narahat edən şeylər barədə danışmaq çətindir. Bu mövzuda bizə kömək etsəniz minnətdar olarıq. Problem bundadır ki, Siz həmişə Bizə qulaq asmağa qadir deyilsiniz. Siz öz hiss və emosiyalarınızı ifadə etməyi bacarırsınız, buna görə də Sizdə bəzən səbr çatışmır. Siz öz fikirlərinizlə sözümüzü kəsirsiniz. Xahiş edirik, sözümüzü kəsməyin və nəticələrinizdə tələsməyin, sadəcə sona qədər dinləyin. Fikrimizi çatdırmağa imkan verin, bu bizim üçün çətin olan vəziyyəti dərk etməyə kömək edəcək.
Açıq və doğru danışır
Biz fikirləri oxuya bilmirik. Hazırda bizdən nə istədiyinizi eşitməyimiz lazımdır. Uzun müddət birlikdə yaşayandan sonra bəziləri əhval və fikirləri daha yaxşı anlamağı öyrənirlər. Lakin ümumilikdə bizim qadın istəklərini əvvəlcədən müəyyən etməyimiz çətin məsələdir. Xahiş edirik, birbaşa danışın.
Kamillik gözləmir
Biz çatışmazlıqlarımıza yumor və güzəştlə yanaşan qadınları dəyərləndiririk. Kişini seçməklə siz onun individuallığının bütün sərhədlərini qəbul edirsiniz.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət