Slimfit
  1. KİŞİLƏR ÜÇÜN

Kişilərin geyimi ətrafdakı insanlara necə təsir edir?

Kişilərin geyimi ətrafdakı insanlara necə təsir edir?
Sakura

İnsanlar daha çox o kişilərə etibar edirlər ki, onlar vizual olaraq daha effektiv görünürlər

Ümumiyyətlə geyindiyiniz paltar insanlara düşündüyünüzdən daha çox məlumat verir. Paltarınız ətrafınızdakıların sizə necə münasibət göstərəcəyinə və sizi görənlərə birbaşa təsir göstərir. Məşhur atalar sözü “ ağılına görə yola salırlar"la bitsə də, həmişə əvvəl “paltarına görə qarşılayırlar" fikrini unutmaq oımaz! Buna görə də, kişi üslubunun psixologiyasını daha ətraflı öyrənib başa düşdükdən sonra insanların fikrinə öz obrazıyla asanlıqla təsir edə bilərsiniz.

Geyindiyiniz paltar sizin barədə  düşündüyünüzdən daha çox şey deyir

Ən əsaslardan başlayaq.

Paltarlarımız, bizi ilk dəfə görəndə başqalarının necə düşündükləri baxımından böyük əhəmiyyət daşıyır. Bütün insanlar başqaları haqqında, heç bir lazımi sübutlara malik olmadan, yalnız kimin nə geyindiyinə diqqət yetirməklə fərqli mülahizələr yürüdür.  Əynində yalnızca bir xalat şəhərdə ayaqyalın gəzən dəli kimi görsənən şəxs gerçək həyatda  milyonçu ola bilər, ancaq yanınızdan keçdikdə asanlıqla onun avara və ya əyyaş olduğuna qərar verə bilərsiniz. İlk təəssürat çox əhəmiyyətlidir! Axı o bir neçə saniyə ərzində olur, şüurlu olaraq və ya şüuraltı.

Bahalı və ucuz kostyumda kişinin cazibədarlığının tədqiqatı

Bir araşdırmada 274 iştirakçıdan yalnız xırda detallara görə fərqlənən , ancaq bahalı və ucuz geyimli kişilərin fotoşəkillərini qiymətləndirmək istənildi. İştirakçılar bu görüntüləri maksimum beş saniyə ərzində gördülər. Fotoşəkillərdəki üzlər bulanıq olduğundan nəticələr yalnız obraza  və geyimə əsaslandı

Bu insanların gəldikləri ilk qənaəti təxmin edə bilərsinizmi?

Tədqiqatda iştirak edən bu insanların hamısı bahalı kostyumda olan kişini ucuz və kisəyəoxşar kostyumda olan kişidən iltifatla qiymətləndirdilər. Bahalı kostyumdakı kişi onlara : daha inamlı, uğurlu və etibarlı gəlirdi. 

Tədqiqatdan aydınlaşır ki, insanlar daha çox o kişilərə etibar edirlər ki, onlar vizual olaraq daha effektiv görünürlər. Bu halda böyük ehtimalla  sizə daha çox diqqət yetirəcəklər, kömək göstərəcəklər, işə təyin edəcəklər və s.

Koqnitiv axıcılıq

Bu mükəmməl bir termindir, beynimizin instinktiv olaraq bir saniyədə başqasının xoşumuza gəlib-gəlmədiyi, cəlbedici geyimdə olub-olmadığını və s barədə məlumat verir: 

Nəsə tanış və ya sadə bir şey görəndə daha rahat və müsbət hiss edirik.

Məsələn, ağ köynək və qara şalvar geysəniz, ətrafınızdakı insanlar sizə daha müsbət yanaşacaq. Niyə? Çünki bu, çoxları üçün olduqca tanış və geniş yayılmış  üslubdur, bu mənada fərqlidir və odur ki, insanlar belə geyimdə olan kişiyə qarşı daha müsbət münasibət göstərməyə başlayırlar. Axı gördüyünüz tanış predmetlər və ya geyimin elementləri sizin beyininizdə analiz üçün daha az vaxt tutur. 

Buna görə həmişə xatırlamağa dəyər:

İnsanların səni düşünməsini istədiyi şəkildə geyin. Müsahibəyə gedirsinizsə, sizə mükəmməl otutan kostyum seçin. Görüşə  gedirsiniz? Normal bir köynək və şalvar şəklində klassik görünüşə üstünlük verməyə dəyər. Düzgün üsluba sahib olmaq müəyyən sahələrdəki uğurlarınıza və başqalarının sizin haqqınızda düşündüklərinə birbaşa təsir edir.

Həmişə imicinizi inkişaf etdirə, daha zəngin, təsirli, cəlbedici edə biləcəyinizi unutma. Hər şey yalnız səndən və başqalarının səni necə görəcəyindən asılıdır.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR