Slimfit
  1. QADINLAR ÜÇÜN

Kişilərin çox dəyər verdiyi qadın keyfiyyətləri hansıdır

Kişilərin çox dəyər verdiyi qadın keyfiyyətləri hansıdır
Sakura

35 yaşdan sonra bağlanan nigahlar dərk edilmiş və şüurlu olur

Hər bir insan həm karyerasında, həm də ailə həyatında özünü reallaşdırmağı arzu edir. Anlayışlı, həssas və sevgi dolu bir insanla qarşılaşmaq istəyir. 20-30 yaşlarında əksər insanlar təhsil almaq və karyera qurmaqla məşğuldurlarsa, 35 yaşından sonra ailə həyatı qurmaq və bunun üçün uyğun partnyor haqqında düşünməyə başlayırlar.

Bu yaşda artıq həm kişi, həm də qadın, partnyor üçün üstünlüklərini və tələblərini bilirlər. 35 yaşdan sonra bağlanan nigahlar dərk edilmiş və şüurlu olur. Tərəflərin öz təcrübələri var, nəylə barışmağa hazır olduqlarını və heç bir kontekstdə qəbul etməyəcəkləri şeyləri bilirlər.

Kişiləri cəlb edən və qadının ciddi bir əlaqəyə hazır olduğuna əminlik yaradan bəzi qadın keyfiyyətlərini nəzərdən keçirək.

Münasibət təcrübəsi

Əvvəllər kişilər təcrübəsiz və qorxaq qızla evlənməyə çalışırdılarsa, indi vəziyyət dəyişib. Əgər 35 yaşındakı qadınla kimsə  ciddi münasibət qurmaq istəməyibsə,  bu, potensial nişanlını heyran etmək əvəzinə daha çox ürküdəcək. Qadında nəyinsə qaydasında olmadığı fikrinə düşəcəkdir.

Yəqin ki, o, həddən artıq tələbkar və ya eqoist insandır, yaxud da digər aşkar çatışmazlıqları var. Buna görə də indi qadınların təcrübələrini gizlətməsi yersizdir. Ancaq çox şişirtmək də olmaz, əks halda kişi xanımın yüngülxasiyyətli və qəliz olduğuna qərar verə bilər.

Yumor hissi

Bu keyfiyyət hər iki tərəf üçün lazımdır. Həyat həmişə asan olmur və elə vəziyyətlər var ki, yumor və pozitiv əhval olmadan yaşamaq sadəcə mümkün deyil. Hər münasibətdə kiçik bəlalar olur, yumor köməyi ilə bunu aşmaq olar. Artıq sakit vəziyyətdə bir həll yolu tapın və gələcəkdə təkrarlanmaması üçün qaydalar hazırlayın.

Cəlbedicilik

Hər kişi yanında cəlbedici bir qadın görməkdən məmnundur. 90-60-90 standartlarına uyğun olmaq və ya 35-də 20 yaşındakı kimi görünmək lazım deyil. Ancaq formada qalmaq və baxımlı olmaq, bərabər üz tonu, gözəl saçlar və dırnaqlara sahib olmaq qadının özü üçün lazımdır. Həyatında kişinin olub-olmamasından asılı olmayaraq, qadının cəlbedici olması- onun özünə, xarici görünüşünə, özünə verdiyi dəyərə və uzunmüddətli sağlamlığına qayğısıdır.

Müstəqillik

Müasir dünyada hər bir qadın, həyat yoldaşı və ana rolundan əlavə, peşəkar şəkildə nə isə etməyi bacarmalıdır. Özünü ailəsinə və evinə həsr edən qadınlar çox vaxt həyat yoldaşları və özləri üçün maraqsız olurlar. Buna görə işləmək, hobbi və ya təhsil kimi yeni nə isə qadının həyatında mütləq olmalıdır.

Qadınlıq

Bir qadının münasibətdə olub-olmamasından asılı olmayaraq, yüngül işvə həmişə faydalı olacaq. Qadına, özünü həmişə arzu olunan hiss etməsi xoşdur. Kişilər də, həyat yoldaşının gözəlliyinə əmin olduqda, öz seçimləriylə qürur duyurlar.

Xeyirxahlıq və qayğı

Bu keyfiyyətlər olmasa heç bir münasibət baş tutmaz. Kişinin öz seçdiyi insana qayğı göstərməsi təbiidir. Amma qadın üçün bu qayğını, diqqəti və dəstəyi öz kişisinə vermək vacibdir .Və bunu sevgiylə və səbirlə etmək lazımdır. Məhz bu da  uzun və xoşbəxt münasibətlərin zəmanətidir.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR