Dərc edildi: Baxış sayı: 461
Kişilər qadınlardan nə qədər çox maaş alır… – Açıqlama
Eyni dəyəri olan iş üçün dünyada kişilərə qadınlardan 27 faiz çox məvacib verilir. Siyasi məsələlər üzrə beynəlxalq əmək təşkilatının baş direktor müavini Debora Qrinfild bu barədə məlumat verib.
Bizimyol.info xəbər verir ki, ən böyük fərq Pakistandadır. Bu müsəlman ölkəsində kişilər qadınlardan 35 faiz çox maaş alır. Skandinaviyada isə ən nikbin göstərici qeydə alınıb – 10 faiz.
Qrinfild qeyd edib ki, qadınlara ağır və təhlükəli işlə məşğul olmağa qadağa qoymaq lazım deyil: “Qadınlara səhhətinə ziyandır bəhganəsiylə gecə işləməyə icazə verməmək stereotipdir. Bu amil diskriminasiyanı bir az da dərinləşdirir”.
Qrinfild bildirir ki, kişilərin aşkar üstünlük təşkil etdiyi sahələrdə qadınlara verilən məvacib lap cüzi olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət