Slimfit
  1. KİŞİLƏR ÜÇÜN

Kişilər, diqqət: bu əlamətlər xərçəngə işarədir

Kişilər, diqqət: bu əlamətlər xərçəngə işarədir
Sakura

Kişilər, diqqət: bu əlamətlər xərçəngə işarədir

Xərçəngin bir çox əlamətləri ola bilər. Ona görə də səhhətinizdə kiçik də olsa problem olduğunu hiss etdikdə mütləq mütəxəssisə müraciət etməyiniz vacibdir. Daha çox kişilərdə rast gəlinən xərçəng əlamətlərinə biganə yanaşdıqda xəstəliyin müalicəsinə çox gecikmiş ola bilərsiniz. Bununsa fəsadları ağır nəticələr verə bilər, hətta ölümə səbəb olar. “Gencaile.az” türkiyəli onkoloq Ahmet Bekir Öztürkün kişilərdə xərçəngin əlamətləri haqqında fikirlərini təqdim edir.

 

1. Tez-tez sidiyə çıxma

Bu problem 50 yaşından yuxarı kişilərin çoxunda müşahidə edilir. Eyni zamanda, sidiyə çıxmada çətinlik yaşanır. Bu, böyük prostat vəzinin göstəricisi ola bilər. Hər hansı bir probleminiz olmasa da, 50 yaşından sonra mütləq prostat müayinəsi etdirin. Erkən dövrdə diaqnoz edilən prostat xərçəngindən müalicə ilə xilas olmaq mümkündür.

 

2. Testislərdə müşahidə edilən dəyişikliklər

Testislərdə (xayalarda) hər hansı bir şişlik və ya ağrı hiss etsəniz, dərhal urologiya mütəxəssisinə müraciət edin. Testis xərçəngi prostat xərçənginin əksinə olaraq, çox sürətlə irəliləyən xərçəng növüdür. Müayinə ilə yanaşı qan testləri və ultrasəs müayinəsi də tələb edilə bilər.

 

3. Nəcisdə qan

Hemoroid və ya sidik yolu infeksiyası kimi səbəblərdən qaynaqlana bilər. Sidik kisəsi, böyrək və ya sütun xərçənginin ilk əlamətləri arasında ola bilər. Bu səbəbdən də qanama ilə rastlaşsanız, həmin an mütləq həkimə müraciət edin.

 

4. Dəri dəyişiklikləri

Dərinizdəki məsamələrdə ölçü, şəkil və ya rəng dəyişikliyi fərq etdiyinizdə həkimə müraciət edin. Mövcud vəziyyətdə müşahidə edilən dəyişikliklər və ya yeni yaranan ləkələr dəri xərçənginin xəbərçisi ola bilər.

 

5. Limfa düyünlərində şişlər

Tənəffüs yolu infeksiyası kimi hər hansı bir sağlamlıq problemi yaşamadığınız halda boyun, qoltuqaltı və digər bölgələrinizdə olan limfa vəzlərində şişliklər meydana gələ bilər. Bu problemlərin hər hansı biri ilə rastlaşdıqda mütləq həkiminizə məlumat verin.

 

6. Udma çətinliyi

Bəzi insanlar hər hansı bir problem olmasa da zaman-zaman udma çətinliyi yaşaya bilərlər. Ancaq bu problemə çəki itkisi və qusma da yoldaşlıq edərsə, mütləq həkimə müraciət edin. Bu əlamətlər boğaz və mədə xərçənginin əlamətləri ola bilər.

 

7. Mədə yanması

Yemə, içmə vərdişlərinizdə bir dəyişiklik hiss etdikdə, stress yaşamadığınız bir halda mədə yanması (heartburn) problemi ilə qarşılaşdıqda mütləq həkiminizə müraciət edin. Bu əlamətlər mədə və boğaz xərçənginin xəbərçisi ola bilər.

 

8. Ağızda müşahidə edilən dəyişikliklər

Əgər siqaret çəkirsinizsə və ya tütün çeynəyirsinizsə, ağız xərçəngi riski ehtimalınız yüksəkdir. Ağız içi və ya dodaqlarınızda ağ və ya qırmızı ləkələr meydana gəlməyə başladısa, mütləq diş həkiminizə müraciət edin.

 

9. Səbəbsiz çəki itkisi

Pəhriz və məşq vərdişləriniz dəyişmədiyi halda nəzarət edə bilmədiyiniz şəkildə çəki itkisi yaşamağa başladınızsa, bu, tiroid problemləri ilə yanaşı, pankreas, mədə, ağciyər xərçənginin əlamətlərindən biri ola bilər. Bu vəziyyətdə mütləq həkiminizə müraciət edin

 

10. Qızdırma

Bədənin infeksiya ilə mübarizəsi olan qızdırma, hər hansı xəstəlikdən qaynaqlanmırsa, qan xərçəngi və ya lemfoma xəbərçisi ola bilər. Bu səbəbdən də 3 gündən çox davam edən və səbəbi bilinməyən qızdırmanız olduqda mütləq həkiminizə müraciət edin.

 

11. Döşdə müşahidə edilən dəyişikliklər

Döş xərçənglərinin 1%-i kişilərdə müşahidə edilir. Kişilərin də döş xərçəngi ola biləcəyini unutmayın. Bu səbəbdən də döşünüzdə müşahidə etdiyiniz, hiss olunan kütlə, şiş  gördükdə buna biganə yanaşmayın. Əlinizə gələn kütlə xərçəngin əlaməti ola bilər.  Mütləq həkiminizə müraciət edin və lazımlı müayinələrdən keçin.

 

12. Səbəbi bilinməyən ağrı və yorğunluq

Bir çox xərçəng növünün əlamətlərindən biri nə qədər dincəlsəniz, istirahət etsəniz də, keçməyən yorğunluq və ağrıdır. Ağrı və yorğunluq gündəlik həyatınıza təsir edən bir hala gəldisə, mütləq həkiminizə müraciət edin.

 

13. Öskürək

Hər hansı bir xəstəliyiniz olmadığı halda 3 həftədən çox davam edən və keçməyən, inadçı bir öksürəyiniz varsa, mütləq həkimə gedin. Lazımi test və müayinələri etdirin. Bu öskürəyə nəfəs darlığı və öskürəklə gələn qan da yoldaşlıq edirsə, ağciyər xərçənginin xəbərçisi ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR