Slimfit
  1. MARAQLI

Kişi nazir uşağına görə məzuniyyət götürəcək — Ölkə tarixində ilk

Kişi nazir uşağına görə məzuniyyət götürəcək — Ölkə tarixində ilk
Sakura

Kişi nazir uşağına görə məzuniyyət götürəcək — Ölkə tarixində ilk

Yaponiyanın Ətraf mühit naziri Koidzumi Sindziro ölkə tarixində ilk dəfə dünyaya gələcək övladına qulluq etmək üçün məzuniyyət götürmək niyyətindədir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” agentliyi “NHK” telekanalına istinadən xəbər verib.

Mənbə bildirir ki, nazir övladı dünyaya gəldikdən üç ay sonra ümumilikdə iki həftə məzuniyyət götürəcək. Məzuniyyət qısa iş günü və distant iş əsasında qurulacaq ki, onun nazir vəzifəsinə və parlamentin deputatı kimi fəaliyyətinə zərər vurmasın.

O, həmçinin əməkdaşları ilə elektron poçt və video zəng vasitəsilə əlaqə saxlayacaq.

Qeyd edək ki, K.Sindziro tanınmış yapon model və teleaparıcısı Takiqava Kristellə ailəlidir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR