Slimfit
  1. MARAQLI

Kişi geyimlərini xanım paltarlarına çevirən inqilabçı qadın

Kişi geyimlərini xanım paltarlarına çevirən inqilabçı qadın
Sakura

Qadınlar müasir geyimlərinə görə Şanelə borcludur.

Koko Şanel qara rəngi sevirdi və öz müştərilərinə beli incə, ətəyi rahat (приталенное платье), dizdən az aşağı qara paltar geyinməyi tövsiyyə edirdi. Qara paltara uyğun qara çanta, zərif qara şlyapa və qara eynək. Bu stil 1920-cı illərin modapərəstləri tərəfindən o qədər yayıldı ki, yalnız qara rəngdə avtomobil istehsal edən Fordla müqayisə edilirdi.

Gəncliyində çox cazibədar idi. Onu çox adam sevirdi. Amma o yalnız cəmiyyətdə tanınan və imkanlı kişilərlə oturub-dururdu. Kişi geyim stilini bəyənirdi və moda tarixində ilk dəfə bunu və qara rəngi qadın geyimlərinə çevirdi. Qara rənglə dominantlığı ifadə etmək istəyirdi.

  Şanel deyirdi: “20 yaşa qədər biz Allahın bizə verdiyi üzlə yaşayırıq. 30-dan sonra onu özümüz yaradırıq. 50-dən sonra isə layiq olduğumuz kimi yaşamaq istəyirik."      

  Qabriel yoxsullar üçün Fransanın qərbində So-Myür şəhərinin yoxsullar məhəlləsində anadan olub. Atası bazar alverçisu, anası dülgər qızı idi. Valideynləri qızlarına doğuş zamanı onlara kömək edən tibb bacısı Qabrielin şərəfinə onun adını veriblər. 11 yaşında ikən Qabrielin anası ölür. Bir həftə sonra atası onu və iki bacısını monastrın yetim evinə qoyub yoxa çıxır. Orada Qabriyel tikməyi öyrənir. 18 yaşında ikən monastrdan çıxır, bir geyim mağazasında satıcı işləyir. Boş vaxtlarında şlyapa tikir və yerli kabare-barlarda bayağı mahnılar oxuyurdu. Onun oxuduğu mahnıların ən məşhuru "Kokoriko" (rusca xoruz banlaması) idi ki, buradan da onun ləqəbi Koko yaranır.

Onun əsil adı Qabriel Boner Şanel idi, amma 20-ci əsrin moda tarixinə adı Fransa dəbi və müasir qadın geyimlərinin yaradıcısı Koko Şanel kimi yazılır. Onun yaratdığı dövrün yeni üslublu qadın geyimləri, müxtəlif aksesuarlar həddindən artıq populyar olub.

  Qabriyelin həyatında dönüş nöqtəsi özünün atçılıq zavodu olan zəngin adamla tanışlığı our. Bu zəngin adamla həyatı birdən-birə dəyişir. Onunla birlikdə Qabriyel Parisə yola düşür və 1910-ci ildə öz xüsusi mağazasını açır. Bu mağazada o, öz hazırladığı zərif şlyapalarını satırdı. Onlar baha başa gəlmirdi və ona görə sürətlə populyarlıq qazandı. Onun çevrəsi müştərilərlə doldu. Koko dəblə getməyi və dəb yaratmağı sevirdi. Az məmulatdan göz oxşayan şlyapa yaratmağa üstünlük verirdi, lələk, lent və güllərdən az istifadə edirdi. Bütün bunlar kübar, ciddi və gözəl ümumi stil meydana gətirdi. Sifarişlər çox idi, mağazada isə yer yox idi. 1914-cü ildə o, Parisin mərkəzindəki Kampon küçəsində, nüfuzlu Rich otelinin yanında moda evi açır.

  Koko Şaneli moda tarixinin baş adı edən xidməti bu idi ki, o qadınları korsetdən, ağır ətəkli, hərəkətə mane olan XIX əsr paltarlarından xilas etdi. O, qadınları gəncləşdirdi. Onların yerişini canlı və cazəbədar etdi. Kokonun ətəkləri, boğazlı köynəkləri (sviterləri) və jaketləri məşhur idi. Daha sonra o, qadınlara şalvar geyinməyi təklif etdi. Bu, qadın geyimində əməlli-başlı inqilab idi.

Onun yüksək zümrələrdən müştəriləri olmağa və artmağa başladı. Onun paltarları Parisin çərçivəsindən çıxmağa başladı. Xüsusən flanel pencəklər, qısa rahat ətəklər, bədənə yapışan sviter, indiki məşhur ciddi geyimlər, yəni qara, ətəkli paltar və ya qara ətək və jaket stili.

  Koko özü qısa saçları və qara günəş eynəyi taxmağı sevirdi. O, yaratdığı stildən geri durmurdu.

  Yeni dəb paltarlarına Koko bir də ətir əlavə etmək istədi. 80 maddədən ibarət bu ətir Şanel 5 parfümüdür. Ona qədər ətir yanlız bir çiçəyin iyindən hazırlanırdı. Bu da ətirdə bir inqilab oldu.

  İkinci Dünya Müharibəsi zamanı Koko Parisdə qaldı, mağazasını bağladı və Rich otelində yaşadı. 1945-ci ildə o, almanlarla əlaqədə olduğu şübhəsiylə tutuldu, tezliklə buraxıldı, bundan sonra o, İsveçrəyə köçdü.

Moda dünyasına Koko Şanel bir də 1954-cü ildə qayıtdı. Bu zaman onun 71 yaşı var idi. Parisdə yeni praktik və iş qadını stili geyimlərini nümayiş etdirdi. Amma bu yeni stil tez qəbul olunmadı, yalnız 3 mövsümdən tanınmağa başladı. “Şaneldən kostyum” yeni nəslin statusunun simvolu olmuşdu: dar yupka (ətək), yaxalıqsız jaket, qolu bəzədilmiş, qızılı düymələr və ciblər.

  1957-ci ildə Koko Şanel XX əsr ən məşhur moda dizayneri olaraq Moda Oskarına layiq görüldü.

  Qabriel yalnız və sonsuz olaraq öldü.

  1983-cü ildə onun moda evinə geyim dizayneri Karl Laqerfeld oldu. O, Şanelin geyimlərinə açıq-saçıqlıq gətirdi. atdı.

 

Mənbə: TRT Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR