Slimfit
  1. DÜNYA

Kirpi qış yuxusundan erkən oyandı, keçəlləşdi

Kirpi qış yuxusundan erkən oyandı, keçəlləşdi
Sakura

Kirpi qış yuxusundan erkən oyandı, keçəlləşdi

Britaniyanın Şropşir qraflığının Maç-Venkok şəhərindən olan heyvan haqları müdafiəçiləri stressdən tikanları tökülən “Ayı” adlı gənc kirpinin qeydinə qalır.

Oxu.Az xəbər verir ki, “Cuan Wildlife Rescue” heyvanların qorunması mərkəzinin meneceri  Fren Hil belə halla ilk dəfə qarşılaşdıqlarını deyib.

Kirpi donub, aclıqda və susuzluqdan əziyyət çəkib. Adətən, oktyabr ayında bu heyvanlar qış yuxusuna gedir və aprel ayında oyanaraq yuvalarından çıxırlar. Yəni əsas şərt temperaturun 15 dərəcəyə qədər yüksəlməsidir.

“Qabağına pişik yemi qoyduq, yedi, üstündən isə düz dörd dəqiqə su içdi”, - deyə mərkəzin meneceri bildirib.

Mərkəzin əməkdaşları əmindir ki, “Ayı”nı onun qulağına düşən gənələr oyadıb. Parazitlərə, vaxtından əvvəl oyandığına, soyuğa və keçirdiyi stressə görə kirpinin tikanları tökülməyə başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR