Dərc edildi: Baxış sayı: 467
Kirayənişinlər döşəməni qazıb qaçdılar
Türkiyənin Malatya şəhərində qonşular evindən səs gələn digər qonşudan şikayət ediblər.
Haber3.com-un xəbərinə görə, Yaşılyurd rayonunun Çavuşoğlu məhəlləsində yerli sakinlər qonşuluqda yaşayanların evindən gecələr kürək və bel səsləri gəldiyi üçün polisə şikayət edib.
Həmin evdə qalan kirayənişinlər bundan xəbər tutduqda bel və kürəyi qoyub qaçıblar.
Şikayətə əsasən evə gələn polislər qapını döysələr də, açan olmayıb.
Bu zaman polislər ev sahibi H.B.-yə xəbər veriblər.
Evə daxil olanda otaqlardan birinin bir metr dərinliyində qazıldığını və yerdə bir bel və iki kürəyin olduğunu görüblər.
Araşdırma nəticəsində döşəməsi qazılan otağın pəncərəsinin plastik əşya ilə bağlandığı və şübhəlilərin vəziyyəti anlayıb arxa qapıdan qaçdığı məlum olub.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət