Dərc edildi: Baxış sayı: 362
Kipr də rusiyalı milyarderlərin hesabını dondurdu
Kipr rusiyalı milyarderlərin hesablarını dondurub.
Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq qərar ABŞ Maliyyə Nazirliyinin israrlı tələblərindən sonra qəbul olunub.
Nəticədə ABŞ sanksiyalarına məruz qalan Oleq Deripaska və Viktor Vekselberqin bank hesabları dondurulub.
ABŞ Maliyyə Nazirliyinin hesabatında qeyd olunur ki, ABŞ ilk növbədə Rusiyanın böyük maliyyə axınlarının keçdiyi ölkələrlə, o cümlədən Böyük Britaniya, Kipr və Latviya ilə işləyir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət