Slimfit
  1. MARAQLI

Kinoteatrlar haqqında bilmədiyimiz məqamlar var

Kinoteatrlar haqqında bilmədiyimiz məqamlar var
Sakura

Kinoteatrlar haqqında bilmədiyimiz məqamlar var

Böyük ekranda film izləmək həmişə möhtəşəm və maraqlıdır. Popkorn, atmosfer, ətrafdan gələn səslər bütün dünyada milyonlarla insanı kinoteatra cəlb edir. Əlbəttə ki, kino sənayesi böyük biznesdir, amma kinoteatr işçilərinin hər kəsdən gizlətdiyi kiçik sirlər var. Məsələn, siz nə vaxtsa düşünmüsünüz ki, nəyə görə kinoteatrlarda popkornun qiyməti biletdən daha bahadır? 

TED.az-ın bu yazısından sonra kinoteatrların sizə necə pul xərclətdiyini və yalnız  işçilərin bildiyi bəzi məlumatları öyrənəcəksiniz.

Kinoteatrlarda popkorn 1275% baha satılır

Hamımız kinoteatrlarda popkornların həddindən artıq baha satılmasından şikayət edirik. Bunun səbəbi var. Popkorn ona görə baha deyil ki, o bahalı xammaldan hazırlanır. Baxmayaraq ki, popkornun hazırlanmasına 1 manatdan da az vəsait xərclənir, böyük qutu popkornun qiyməti 6 manatdır.

Kinoteatrlar yeni filmləri nümayiş etdirmək hüququna malik olsalar da, onlar biletlərdən gələn gəliri distribüterlərlə bölüşmək məcburiyyətindədirlər. Distribüterlər gəlirin 80%-ni, bəzən isə daha artığını tələb edirlər. 

Zallar kifayət qədər təmizlənmir

Kinoteatrlardakı zalların natəmiz olması məlum faktdır. Araşdırmalar göstərir ki, oturacaqlar, tutacaqlar və döşəmə bakteriya və mikroblarla doludur. Adətən işçilər sadəcə döşəməni tozsoranla təmizləyir və ortalıqda olan zibilləri yığışdırırlar.

Zalda kimsə səs salırsa pulunuzu geri ala bilərsiniz

Uşaqlar və sərxoş tamaşaçılar adətən filmi rahat izləməmizə mane olur. Bu cür halla rastlaşsanız, menecerə nəzakətlə müraciət edə bilərsiz. Belə olduğu halda menecerin iki yolu qalır: ya həmin tamaşaçını zaldan kənarlaşdırmalı, ya da pulu sizə geri ödəməlidir. Bu yolu sınaqdan keçirə bilərsiniz.

Kinoteatrdakı popkornun niyə bu qədər xoş ətri olur?

Kinoteatrdakı popkorn həm ətirli, həm də dadlıdır və nə qədər evdə eynisini etməyə çalışsaq da, bir şey alınmır. Bunun bir neçə səbəbi var. Məsələ ondadır ki, kinoteatrdakı popkorn kərə yağı ilə hazırlanmır. Bunun əvəzinə kərə ətirli başqa yağdan istifadə edilir ki, məhsulun nəm çəkməsinin qarşısı alınsın.

Bəzi kinoteatrlarda isə möhtəşəm dad almaq üçün kokos və kanola yağlarının qarışığından istifadə edirlər. Qeyd edək ki, bu cür müəssisələrin popkorn ləzzətini nostalize etmək üçün istifadə etdikləri öz gizli reseptləri var və bütün bunlar gizli saxlanılır.

Popkorn və kolanı paket şəklində almaq sizə pul qazandırmayacaq

Filmə baxmaq sizə düşündüyünüzdən baha başa gələ bilər. Baxmayaraq ki, kinoteatrlar daima endirim kampaniyaları elan edirlər, insanları aldatmağın başqa bir yolu mütləq tapılır. Kino həvəskarları isə hiss etmirlər ki, ayrılıqda alınan məhsulun qiyməti dəstin qiymətindən heç nə ilə fərqlənmir. Kinoteatr işçiləri isə bundan istifadə edərək əlavə pul qazanırlar.

Popkornun isti olması onun təzə olması demək deyil

Kino işçilərinin bəzilərindən gizlincə aldığımız məlumata görə günün sonunda artıq qalan popkorn arxa otaqdakı zibil torbalarında saxlanılır. Ertəsi gün popkorn xüsusi aparatlara yığılır, isidilir, buna görə də yeni hazırlanmış təəsüratı yaradır.

Bəzən səs səviyyəsinin çoxluğu tamaşaçılarda eşitmə problemi yarada bilər

Kinoteatrlarda filmi daha effektli etmək üçün bəzən səsi həddindən artıq yüksəldirlər. Baxmayaraq ki, Hollivud filmlərində səs effektləri standart metodlardan istifadə olunmaqla yaradılır, səsin həcmi hər müəssisədə fərdi şəkildə idarə olunur. Zaldan ayrıldıqda qulaqlarınız cingildəyirsə deməli, artıq səs-küydən zərər görmüsünüz.

Kinoteatrda pirat çəkilişini aşkarlayan işçilər mükafatlandırılır

Bilirsiniz ki, pirat çəkilişləri qanunla qadağan edilib. Bu cür halları aşkar edib polisə xəbər verən işçilər polis əməkdaşları tərəfindən pul mükafatı ilə təltif edilir. Hətta işçilərin bu cür halları aşkarlaya bilməsi üçün onlara xüsusi gecə görmə eynəyi və casus texniki qurğuları verilir. Buna görə də zalda telefonları kənarda saxlamaq məsləhətdir.

Yerinizi düzgün seçin

Ən yaxşı səs və vizual effektlər əldə etmək üçün ekrandan bir qədər aralı mərkəzi hissədə oturmalısınız. Orta hissədə oturmaq daha səmərəlidir. Çünki sağ və sol dinamiklərdən gələn səs mərkəzdə oturan tamaşaçılara daha yaxşı çatır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR