Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Kimlər tərbiyə işləri üzrə direktor müavini ola bilər?

Kimlər tərbiyə işləri üzrə direktor müavini ola bilər?
Sakura

Vəzifənin səlahiyyət və iş planı

Son vaxtlar AzEdu.az-da orta ümumtəhsil müəssisələrinin direktor müavinlərinin iş planı barədə yazılanlar xeyli maraq doğurur.

Budəfəki yazıda isə tərbiyə işləri üzrə direktor müavininin, yəni təşkilatçı müavinin vəzifə səlahiyyətlərindən tutmuş, aldığı əməkhaqqına qədər məlumat verəcəyik.

Kimlər tərbiyə işləri üzrə direktor müavini ola bilər?

Əvvəla, onu qeyd edək ki, hazırda direktor müavinləri həmin məktəbdə çalışan müəllimlərdən vəzifədə irəli çəkilmək yolu ilə təyin olunurlar. Bu, müəllimlərin daha motivasiyalıişləməsinə səbəb olur.

Tərbiyə işləri üzrə direktor müavini isə ali pedaqoji və ya idarəetmə təhsilinə, təlim-tərbiyə sahəsində 3 ildən az olmayaraq təcrübəyə sahib olmalıdır.

Tərbiyə işləri üzrə direktor müavininin maaşı nə qədərdir?

Tərbiyə işləri üzrə müavinin aylıq vəzifə maaşı direktorun əməkhaqqından 15% aşağı olur.

Ümumiyyətlə, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin tərbiyə işləri üzrə direktor müavinlərinin maaşı Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Tərbiyə işləri üzrə müavinin vəzifə səlahiyyətləri nədən ibarətdir?

Tərbiyə işləri üzrə direktor müavini ölkə qanunlarına, Təhsil Qanununa, Təhsil Nazirliyinin normativ sənədlərinə və məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllim, psixoloq və tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, hətta hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir.

Gənclərin milli adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi hazırlığı, fiziki inkişafı və turizm, ekskursiya məsələlərinə rəhbərlik edir. O, ayrı –ayrı tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaratmalı, müxtəlif tədbirlər keçirməlidir.

Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı aparılan işlərə də tərbiyə işləri üzrə director müavini cavabdehdir.

O, hansı biliklərə sahib olmalıdır?       

Tərbiyə işləri üzrə direktor müavini bunları bilməlidir:

-Tərbiyə məsələləri ilə bağlı dövlətin qərar və sərəncamları;

-Təhsil-tərbiyə ilə əlaqədar normativ sənədləri;

-Pedaqogika və psixologiyanın əsaslarını;

-İnsan hüquqları və azadlıqları qətnaməsini;

- Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında konvensiyasını;

-Fəal təlim, sosial-psixoloji ünsiyyət metodlarını;

-“Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” ölkə qanunlarını;

-Müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını;

-Şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin görülməsini;

-İstedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılmasını;

-Orta təhsil üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını;

-Qabaqcıl təlim-tərbiyə metodlarını;

-Uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını, tərbiyənin tədrislə vəhdətini;

Tərbiyə işləri üzrə direktor müavininin fəaliyyət planı necə yazılır?

İş planının girişində “Filan ümumi təhsil müəssisənin təsərrüfat işləri üzrə direktor müavininin 2019-2020-ci tədris ili üçün fəaliyyət planı” yazılmalıdır.

Fəaliyyət planında görüləcək iş, onun məqsədi, formatı, birgə icra olunduğu qurum, icra müddəti göstərilməlidir. Burada əlavə, qeyd üçün blank da qoyula bilər. Görüləcək işlərin uyğun olaraq qruplaşdırılıb nömrələnməsi də yaxşı olardı.

Fəaliyyət planında müavin görməli olduğu işləri aylar üzrə qeyd etməlidir. Təşkilatçı müavinin görəcəyi işlər isə yuxarıdakı ardıcıllığı əhatə edir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR