Dərc edildi: Baxış sayı: 647
Kim Çen Inın ölüm xəbərinə rəsmi münasibət
Şimali Koreya lideri Kim Çen Inın ölümü ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Şimali Koreya Dostluq Assosiasiyasının rəhbəri, Şimali Koreyanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Komitəsinin xüsusi nümayəndəsi, diplomat Alexandro Kaode Benos deyib.
Onun sözlərinə görə, marşalın ölümü haqqında şayiələr yalan və pisniyyətlidir.
Qeyd edək ki, aprelin 25-də axşam, Çin sosial şəbəkəsi olan “Weibo”da “HKSTV” televiziyasının direktor müavini tərəfindən Şimali Koreya lideri Kim Çen Inın ölümü ilə bağlı mesaj yayılıb. O, məlumatı “çox hörmətli mənbədən” aldığını söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət