Dərc edildi: Baxış sayı: 653
Kim Çen Indən tarixdə görünməmiş qadağa
Şimali Koreyanın rəhbəri Kim Çen In kapitalizmin simvolu olduğu üçün ev itlərinin ölkədə saxlanmasına qadağa qoyub.
Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, yoldaş Ina görə, bu heyvanlar "korlanmış burjua ideologiyasını" təmsil edir. Kim Çen deyib ki, köpək sahibləri bundan sonra qanun pozucuları hesab ediləcək.
Bir çox it sahibləri ev heyvanlarının ölkədəki qida problemlərini həll etmək üçün istifadə ediləcəyindən qorxurlar.
Məlumata görə, itlər indi sahiblərindən zorla alınır, sonra dövlət zooparklarına təhvil verilir, köpək əti restoranlarına satılır, bəziləri isə evtanizasiya olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət