Dərc edildi: Baxış sayı: 259
Kim Çen İn qızını varis seçdi
Şimali Koreya lideri Kim Çen İn qızı Çju Eni siyasi hakimiyyətin potensial varisi seçib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın birləşmə naziri Kim Yon Ho deyib.
“Hazırda belə bir ehtimalı istisna edə bilmərik”, - nazir bildirib.
Qeyd edək ki, Şimali Koreya liderinin qızı 10 yaşlı Çju E ilk dəfə ötən ilin noyabrında ictimaiyyət qarşısına çıxıb. E həmin vaxt atası ilə birlikdə “Hvanson-17” qitələrarası ballistik raketin buraxılış mərasimində iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət