Dərc edildi: Baxış sayı: 384
Kim Çen In qadınlarla görüşdü, yenə ağladılar
Şimali Koreya lideri Kim Çen In qadın rotasına baş çəkib. O, əsgərləri çox tərifləyib
Bizimyol.info xəbər verir ki, Kim Çen In qadınlarla görüşüb və onlar yenə ağlayıblar. Dövlət başçısı ölkənin cənub-qərbində yerləşən 5492 KHA rotasına gedib. Şimali Koreya televiziyasının xəbərində deyilir ki, qadın hərbçilər dahi liderə böyük diqqət göstəriblər. Onlar Kim Çen Inın səhhəti ilə maraqlanıblar. Kadrlarda qadınların dövlət başçısına sarılmaq üçün can atdığı, ağladığı görünür.
Televiziyanın iddiasına görə, Kim Çen In rotaya xəbərsiz gəlib. O, kazarmaların vəziyyətindən, əsgərlərin hərbi hazırlığından razı qalıb. Kim Çen In onlardan sükanı belə saxlamağı xahiş edib.
Şimali Koreya lideri axırda deyib ki, vətənin müdafiəsi hər bir vətəndaşın borcudur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət