Slimfit
  1. DÜNYA

Kim Çen In Cənubi Koreyanı “dəyişməz düşmən” adlandırıb

Kim Çen In Cənubi Koreyanı “dəyişməz düşmən” adlandırıb
Sakura

Kim Çen In Cənubi Koreyanı “dəyişməz düşmən” adlandırıb

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya mediasının ölkədə daşqınlar nəticəsində 1500-ə qədər insanın öldüyü və ya itkin düşdüyü barədə xəbərlərini təkzib edərək, qonşu ölkəni “dəyişməz düşmən” adlandırıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Məqalədə deyilir: “Yoldaş Kim Çen In bildirib ki, düşmənin cılız mediası indi bizim zərər çəkmiş ərazilərimizdə itkilərin 1000 və 1500 nəfəri keçəcəyi və xilasetmə işləri zamanı bir neçə helikopterin qəzaya uğradığı barədə dezinformasiyalar yayır. O qeyd edib ki, bu cür intriqalı təbliğatla məşğul olan Seul rəsmilərinin mənfur niyyətləri açıq və aydındır.

Yoldaş Kim Çen In bildirib ki, dəyişməz düşmən Koreya Respublikası nəyin bahasına olursa olsun bizi ləkələmək, respublikamızın imicini təhrif etmək üçün rəzil, intriqalı təbliğata əl atır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR