Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kifləndikdə yeyilə biləcək qidalar

Kifləndikdə yeyilə biləcək qidalar
Sakura

Kifləndikdə yeyilə biləcək qidalar

Qidaların kiflənməsi bizə onların artıq istifadəyə yararlı olmadığını göstərir. Amma bəzi qidalar üçün bu qanun keçərli deyil.

Metbuat.az həmin qidaları təqdim edir:

Bərk pendir

Aldığınız bərk pendirlər kiflənibsə onu atmaq üçün tələsməyin. Bunun yerinə pendirin kiflənən hissələrini kəsib zeytun yağı ilə ovun. Daha sonra təmiz bi salfetə bükün və şüşə qabda saxlayın. Bu prosesi tez-tez təkrar edin. Beləliklə pendirlər daha sağlam qalacaq.

Sert peynir

Quru ət

Saxlama müdəti uzandıqca kiflənən quru ət və buna bənzər qidaları qorxmadan yeyə bilərsiniz. Yalnızca kiflənən hissələri kəsib atdıqdan sonra istifadə etmək mümkündür.

Kuru et

Sərt tərəvəzlər

Tərkibində az miqdarda nəm olan yer kökü və kələm kimi tərəvəzlər də istifadəyə yararlı qidalardır. Əgər kifli hissələriçox deyilsə ətrafını 1 santimetr kəsin. Yuduqdan sonra istifadə edə bilərsiniz.

Sert sebzeler

Sərt meyvələr

Eynilə tərəvəzlərdə olduğu kimi sərt meyvələrdə də nəm tərkibi az olduğu üçün istifadə edə bilərsiniz. Kifli hissələri kəsərək istifadəyə yararlı etmək mümkündür. Amma kifli hissələri çoxdursa yeməməyə diqqət edin.

Sert meyveler

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR