Slimfit
  1. AVTO VƏ MOTO

Kia yeni Proceed modelini təqdim edib

Kia yeni Proceed modelini təqdim edib
Sakura

Kia yeni Proceed modelini təqdim edib

Kia şirkəti üçüncü nəsil Ceed ailəsinin yeni üzvü olacaq Proceed modelinin ilk tizerini dərc edib. Yeni Kia Proceed «şutinq breyk» üslubunda olan beşqapılı kuzova malik olacaq. Bu model ənənəvi universal modeli ilə birlikdə satılacaq.

Fins.az-ın məlumatına görə, Kia Proceed modelinin konseptual variantı keçən il baş tutmuş Frankfurt avtosalonunda debüt edib. Konsept alçaq tavanlı fastbək tipli kuzova, 20-düymlük təkər disklərinə, iri panoram tavana və sahibin yaxınlaşması ilə süşə zonasının işıqlandırması funksiyasına malik idi. Prototipin maraqlı xüsusiyyətlərindən biri "Yaddaş bankı" olan salondakı xüsusi rəfi olmuşdur. "Yaddaş bankı" drayv və gücü ilə bağlı xatirələri canlandıracaq üç ətirlə dolu şüşədən ibarət idi.

 

Konseptin salonunda tərtibatına 100 metr qara elastin sərf edilmiş dörd fərdi oturacaq quraşdırılmışdır. Elastin, kobud üzlü dəri effektini yaratmaq üçün, xüsusi olaraq əllə işlənmişdir. Cihazlar paneli və işləmələr kuzovun rənginə boyanmışdır. İnteryerin tərtibatında alüminium və karbondan da istifadə edilmişdir. Bundan başqa, protoip rəqəmsal cihazlar panelinə və multimedia sisteminin geniş formatlı displeyinə sahib idi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR