Dərc edildi: Baxış sayı: 618
“KFC”də süni toyuq əti veriləcək
Dünyaca məşhur “KFC” fastfud restoranlar şəbəkəsi menyuya “Beyond Meat” şirkətinə məxsus süni toyuq ətindən hazırlanan naqqetslər əlavə edəcək.
“Lenta.ru” xəbər verir ki, hələ ki məhsul fevralın 3-dən ABŞ-ın Şarlott və Neşvill şəhərlərində yerləşən 70 “KFC” restoranında eksperiment qismində satılacaq.
Qeyd edək ki, ötən ilin yayında artıq sınaq olaraq süni toyuq əti ABŞ-ın Atlanta şəhərində satışa çıxarılıb.
O zaman bütün süni toyuq ehtiyyatları beş saat ərzində satılıb qurtarmışdı.
O zamandan bəri “Beyond Meat” şirkəti məhsulun yaxşılaşdırılması üzərində çalışır.
Oradan verilən məlumata əsasən, məhsul əsl ətdən seçilməyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət