Slimfit
  1. MARAQLI

Keyfiyyətli yuxu üçün nə etmək olar? - Mütəxəssislərin tövsiyyələri

Keyfiyyətli yuxu üçün nə etmək olar? - Mütəxəssislərin tövsiyyələri
Sakura

Keyfiyyətli yuxu üçün nə etmək olar? - Mütəxəssislərin tövsiyyələri

Günlük normal yuxu hər kəs üçün vacidir. Yaxşı yatmadıqda bu həm sağlamlığımıza, həm də həyat fəaliyyətimizə mənfi təsir göstərir. Amma ümidsizliyə düşməzdən əvvəl mütəxəssislərin sözügedən məsələ ilə bağlı tövsiyyələrinə nəzər salaq.

Yeniavaz.com keyfiyyətli yuxu üçün mütəxəssislərin tövsiyyələrini təqdim edir.
Yuxu saatlarınızı tənzimləyin
Hər gün eyni saatda yatıb, eyni saatda oyanmağa çalışın. Bir müddət sonra bədəniniz bu təkrarlara öyrəşir və avtomatik olaraq təyin etdiyiniz vaxtda yatıb oyanmağa başlayırsınız.
 
Dağınıqlıqdan qurtulun
Yataq otağınızı istirahət etmək və rahatlamaq üçün özünüzə uyğun formada dizayn edin. Lazımsız əşyaları, xüsusiyilə texnoloji avadanlıqları otağınızdan çıxarın.
 
Rahat və keyfiyyətli yataq seçin
Yataq seçimi edərkən diqqətli olun. Seçdiyiniz yataq sizin üçün rahat olmalı, diskomfort yaratmamalıdır.
 
Aromatik qoxulardan istifadə edin
Yatağınıza uzanmazdan əvvəl üzünüzü, yastığınızı və otağınızı aromatik qoxularla təravətləndirin. Məsələn, belə bir reseptdən istifadə etmək olar:5 damla lavanda yağına 5 damla çobanyastığı yağı əlavə edərək bir stəkan su ilə qarışdırın. Alınmış qarışımı sprey qabına dolduraq lazım olan hallarda istifadə edin.
 
Stolüstü zəngli saatlardan istifadə edin
Yuxudan vaxtında oyanmaq üçün telefonun zəngli saat funksiyasından imtina edin. Çünki mobil telefonunuzdan yayılan mavi işıq yuxu keyfiyyətinizi aşağı salır. Buna görə də mütəxəssislər stolüstü zəngli saatlardan istifadəni daha məqsədəuyğun hesab edirlər.
 
Gün ərzində idman hərəkətləri edin
Davamlı olaraq etdiyiniz məşqlər günün sonunda sağlam bir yuxu ilə nəticələcək. Lakin idman məşqləri üçün doğru zamanı seçmək önəmlidir. Belə ki, yatmazdan bir qədər əvvəl etdiyiniz məşqlər əksinə sizi dahaenerjili edə bilər.
 
Yediyiniz qidalara diqqət edin
Yatmadan əvvəl yediyiniz qidalara diqqət edin. Çətin həzm olunan, ağır yeməklərdən qaçın. Yuxu gətirən rahatladıcı çaylar, xüsusilə çobanyastığı dəmləməsi və ya süd içmək doğru seçim olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR