Slimfit
  1. İDMAN

"Keşlə"nin Avroliqa oyununun stadionu və başlama saatı dəyişdirilib

"Keşlə"nin Avroliqa oyununun stadionu və başlama saatı dəyişdirilib
Sakura

"Keşlə"nin Avroliqa oyununun stadionu və başlama saatı dəyişdirilib

Bakı. 8 iyul. REPORT.AZ/ "Keşlə"nin Maltada "Baltsan"la keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu və başlama saatı dəyişib.

"Report"un məlumatına görə, iyulun 12-də Ta Qali şəhərindəki "Centenary" stadionunda keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.

Daha əvvəl "Baltsan" - "Keşlə" matçının Ta Qalidəki 17 min tamaşaçı tutumuna malik Milli Stadionda keçiriləcəyi açıqlanmışdı. Həmin arenanın yaxınlığında yerləşən süni örtüklü "Centenary" stadionu isə 3000 nəfərlikdir.

Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" iyulun 12-də eyni saatda öz meydanında Lüksemburq "Proqres"ini qəbul edəcək. "Neftçi" isə saat 21:00-da "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini sınağa çəkəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR