Dərc edildi: Baxış sayı: 554
'Keşlə' monteneqrolu futbolçu transfer edib
"Keşlə" yay fasiləsindənövbəti transfer reallaşdırıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Miyuşko Bojoviçi heyətinə qatıb. Monteneqrolu müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 1988-cı il təvəllüdlü Miyuşko Bojoviç Monteneqronun “Rudar”, Belçikanın “Şarlerua” və “Vasland-Beveren”, Kiprin “Enosis”, Macarıstanın “Dyirmot” və “Uypeşt” komandalarında çıxış edib. Mərkəz müdafiəçisi mövqeyində oynayan Bojoviçin son klubu “Uypeşt” olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət