Slimfit
  1. ƏDƏBİYYAT

Kərbəlayi Qurban Məhəmməd oğlu - Mən gördüyüm ol şövkət ilən şan hara getdi

Kərbəlayi Qurban Məhəmməd oğlu - Mən gördüyüm ol şövkət ilən şan hara getdi
Sakura

Kərbəlayi Qurban Məhəmməd oğlu - Mən gördüyüm ol şövkət ilən şan hara getdi

Mən gördüyüm ol şövkət ilən şan hara getdi?
Fövt oldu asayiş dolu dövran, hara getdi?

Kim caduladı, yoxsa səbəb bədnəzər oldu?
Dovşan çoxalıb çevrədə, aslan hara getdi?

Bu eldə pələng nərəsi bir vaxt ucalardı,
Çaqqal ulayan yerdi bu viran, hara getdi?

Qansızlar alıb hər tərəfi, hala yanan yox,
Bas nəbzüvə əl, yoxlaginən, qan hara getdi?

Heykəl gəzir adəm yerinə hər yana baxsan,
Heykəl, dolanım başuva, insan hara getdi?

İran ilə Turan eli çoxdan səpələnmiş,
Sultan hanı, Kəyan hanı, Xaqan hara getdi?

Rus gəldi, yayıldı obaya atlı kazaklar,
Əsləh tutalım yoxdu, bəs iman hara getdi?

Düşmənli dolan düşmən ilən, xoş dilə uyma,
Dalcan deməsün – “anlamaz heyvan hara getdi?”

Baş əymə başun varsa, nə də başa çıxartma,
Üç-beş quruşu artığı, mizan hara getdi?

Gözguya baxib ordakı pirdən xəbər aldım,
“Bu pəncərədən boylanan oğlan hara getdi?”

Nə qolda gücüm qaldı, nə də qılçada taqət,
Huş-başi özüynən aparıb can hara getdi?

Şeyxi-Nəsir övladi Ələzdən kənar olmaz,
Baş daşların axtar, oxu, Qurban hara getdi?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR