Dərc edildi: Baxış sayı: 518
Bakıda cüdo üzrə dünya çempionatı start götürüb
Bakıda cüdo üzrə dünya çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, ilk yarış günündə üç idmançımız mübarizə aparıb.
Qadınlarda Aişə Qurbanlı (48 kq) və kişilərdə Orxan Səfərov (60 kq) 1/8 finalda mübarizəni dayandırıb.
60 kq çəki dərəcəsində yarışan digər idmançımız Kəramət Hüseynov isə yalnız 1/4 finalda büdrəyib.
O, saat 16:00-da başlayacaq axşam proqramında təsəlliverici yarışlara qatılacaq. Onun rəqibi KXDR idmançısı Yonq Qvan Kim olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət