Dərc edildi: Baxış sayı: 638
Kəndirbaz Alı - Könül
Yenə toy başlandı, düyün başlandı,
Niyə dilə gəldin xar olan könül.
Bəlkə unudubdu, adını tutmur,
Əğyara üz tutan, yar olan könül.
Durma, qeyrət elə, birini bəyən,
Zəlilə dönəcək axır qəm yeyən.
İstəsən sənə də olar ”can” deyən,
Söz ilə, saz ilə var olan könül.
Kəndirbaz Alını yandırma oda,
Gözəlsiz, həmdəmsiz qəfəsdi oda.
Məhəbbət bağında saldım bir oda,
Eşqdən ataş tutub od alan könül.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət