“Kənddən şəhərə” yarmarkaları müvəqqəti dayandırıldı
“Kənddən şəhərə” yarmarkaları müvəqqəti dayandırılıb.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin Mətbuat katibi Mayis Musayev məlumat verib.
Onun sözlərinə görə, paytaxtın müxtəlif hissələrində təşkil olunan “Kənddən şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranıb:
“Martın 20-dən etibarən yarmarkalar bağlanıb. Bu yarmarkaların nə zaman təşkil ediləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur”.
Xatırladaq ki, “Kənddən şəhərə” Bahar yarmarkaları aşağıdakı ünvanlarda keçirilirdi:
Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi;
Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yanı;
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət