"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib
Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Aqrar sığorta: ixrac potensialının gücləndirilməsi və kənd təsərrüfatında intensiv inkişafın əsası kimi” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
Karabakhmedia.az xəbər verir ki, layihə çərçivəsində yekun tədbir Milli QHT Forumunun ofisində yerləşən iclas zalında keçirilmişdir. Tədbirdə “AZSIĞORTA”ASC-nin əməkdaşı Ramin Cəfərov, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova, “Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova, "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova, “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova, “Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova, “Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Xədicə Mikayılova, “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Gəray Əlibəyov, "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" İctimai Birliyinin sədri Taleh Əliyev, “Sağlamlıq Naminə Təbiblər” İctimai Birliyinin baş katibi Amil Tağıyev, sahibkar Qarabağ qaziləri və ABC Tədris və inkişaf mərkəzinin rəhbəri Leyla Həsənova iştirak etdilər. Tədbir çərçivəsində biznes fəaliyyətinin müxtəlif halqalarında (istehsal, transport və ixrac) risklər haqqında maarifləndirici təqdimat keçirildi.
Tədbiri giriş sözü ilə açan Layihənin rəhbəri Elnarə Məhərrəmova bildirdi ki, bu gün səhər saatlarında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib. Etimad Əsədovun vəfatı ilə bağlı dərin hüzünlə başsağlığı verir və Allahdan rəhmət diləyir. Etimad bəyin doğmalarına və yaxınlarının kədərinə şərik olduğunu və onlara səbr diləyini söylədi. Bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 4 ay müddətində icra olunan layihə haqqında məlumat verdi. Tədbirlər əsasən Xaşmaz, Qusar və İsmayıllı rayonlarında həyata keçirilib. Eyni zamanda “Aqrar sığorta: ixrac potensialının gücləndirilməsi” adlı bukletlər çap edilərək tədbir iştirakçılarına paylanılıb.
Layihənin eksperti Rəşad Həsənov aqrar sığortanın yeni sosial-iqtisadi çağırışlar fonunda əhəmiyyəti, mövcud vəziyyət, sığorta sahəsində ortaya çıxan çətinliklər, beynəlxalq təcrübədə kənd təsərüfatı fəaliyyətinin sığortalanması və maliyyə təminatının gücləndirilməsi kimi məsələlər haqqında geniş təqdimatla çıxış etdi. Aqrar sığorta sisteminin təkmilləşdirilməsi, praktikiliyi və əlaçatanlığı məqsədi ilə 7 bənddən ibarət təklifləri iştirakçıların diqqətinə çatdırdı.
Tədbirə dəvət olunmuş “AZSIĞORTA” ASC-nin əməkdaşı mövzu ilə əlaqədar məlumat verdi və müzakirələrdə verilən sualları cavablandıraraq sığortanın fermerə faydası və kənd təsərrüfatı məhsullarının sığortasının kreditora faydası haqqında məlumat verdi.
Daha sonra mövzu ilə əlaqədar mezakirələr aparıldı. Tədbirdə iştirak edənlərin fikirləri və təklifləri dinlənildi.
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova hazırlanan təkliflər paketinin aidiyyatı qurumlara təqdim olunacağını diqqətə çatdırdı. Layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət