Slimfit
  1. MƏDƏNİYYƏT

Kənan Həmzəoğlundan Nərmin Şahmarzadəyə cavab

Kənan Həmzəoğlundan Nərmin Şahmarzadəyə cavab
Sakura

Kənan Həmzəoğlundan Nərmin Şahmarzadəyə cavab

Günlərdir Nərmin Şahmarzadə adlı xanım psixoloqun Milli Qəhrəman Mübariz İbrahimov haqqında söylədiyi fikirlər ölkə gündəmini zəbt edib.Xanım psixoloq Mübariz İbrahimovun qəhramanlığını qəddarlıq adlandırıb.Nərmin Şahmarzadənin bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.Məsələ ilə bağlı Kənan Həmzəoğlu da öz fikirlərini bildirib.Açıq məktub xarakterli yazısında Kənan Həmzəoğlu qeyd edib:
Dünən gecə internet saytlarından birində gənc bir azərbaycanlı xanımın kütləvi şəkildə təhqirlərə məruz qaldığını gördüm.Sonradan mənə məlum oldu ki bu xanım Mübariz İbrahimov haqqında yazdığı statusa görə təhqir olunub.Xanım öz statusunda yazıb ki: döyüş olmadan vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini
öldürürsənsə, bu qəddarlıqdır.Nərmin xanıma, elə bir cümlə ilə də cavab verib demək istəyirəm ki, Nərmin xanım, sizə kim deyir ki döyüş yoxdur? Əsgər olan yerdə döyüş var.Səngər olan yerdə öz həyatını itirmək təhlükən var ki, səngər qazılıb.Yaxınlarını itirməyə gəlincə isə biz 1918-ci ilin martında 1990-cı ilin yanvarında 1992-ci ilin fevralında çox yaxınlarımızı itirdik!
Daha sonra xanım qeyd edir ki,bəlkə də Mübariz İbrahimovun öldürdüyü erməni əsgəri bütün proseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün günlərini sayan biri idi
Tamam, bəs Mübariz İbrahimov öldürüləndən sonra onun əllərini tanka bağlayıb
cəsədinə işgəncə verənlər bütün proseslərdən sonra doğulan sizin təbilinizcə desək günahsız ermənilər deyildi mi? Sivil insanların yaşadığı kəndləri bombalayıb balaca Zəhranın ölümünə səbəb olanlar, aprel savaşlarında yüzlərlə gəncimizin şəhadətinə səbəb olanlar bütün proseslərdən sonra doğulan erməni vələdüzzinaları deyildi mi
Nərmin xanım, siz özünüzə kosmopolit olmaqla haqq qazandırırsınız.Kosmopolit olan insan bütün dünyanı özünə vətən bilir.Yəqin siz də eləsiniz.O zaman deyin görüm Ermənistana rahatca gedə bilərsiniz mi? Gedib də mən Azərbaycan doğumluyam deyə bilərsiniz mi? Deyib də sağ qala bilərsiniz mi?
Bosniya Herzoqavinanda azadlıq hərəkatının rəhbəri Aliya İzzetbekoviçin çox gözəl bir sözü var.İzzetbekoviç deyir ki, unudulan soyqırımlar təkrar olunur.Bəli, biz 1905-1906-cı il qətliamlarını unutduq, 1918-ci ilin mart soyqırımını yaşadıq.1918-ci ilin mart hadisələrini sovet dönəmində unutduq, 1992-ci ildə Xocalı faciəsini yaşadıq
Odur ki, kosmopalitliyi özünüzə saxlayın.Erməni şovinizminin qarşısına tolerantlıqla çıxsanız çox keçməz ki, siz də əriyib erməniləşərsiz ya da dünya tarixindən silinərsiz

Kənan Həmzəoğlunun açıq məktub xaraklterli audio məqaləsini təqdim edirik:

Mənbə: Xeberman.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR